Əlləri və qoltuqaltı ifrat tərləyənlər üçün xilas yolu - VİDEO

  • 2019.03.13 17:14
  • 15366 Baxış
Əlləri və qoltuqaltı ifrat tərləyənlər üçün xilas yolu -  VİDEO
Tərləmə insanın normal fizioloji halıdır. Amma elə insanlar var ki, müəyyən səbəblərdən əlləri və qoltuqaltı aşırı dərəcədə tərləyir, bütün geyimləri su olur və bu vəziyyətdən günlük həyatda kompleks keçirirlər.  Onlar hətta insanlarla əl-ələ verib salamlaşmaqdan da qaçırlar.


Medicina.az xəbər verir ki, aşırı tərləmənin səbəbi araşdırılıb, hormonal və metobolik səbəblidirsə, xüsusi müalicə metodları ilə xəstəni bu vəziyyətdən xilas etmək mümkündür. Amma heç bir müalicə, hətta botoks belə effekt vermirsə, o zaman LİV Hospitalın döş qəfəsi cərrahı uzman Cəlaləttin İbrahimin qeyd etdiyi kimi kiçik bir əməliyyatla, xalq arasında " klipsləmə” metodu deyilən bir üsulla bu problemi kökündən həll etmək mümkündür. 


Bu əslində əməliyyat yox, bir cərrahi prosedur da hesab edilə bilər. Bölgəli aşırı tərləməsi olan pasiyentləri tamamilə rahat bir həyata qovuşduran müasir bir metoddur.


LİV Hospitalın cərrahı bu əməliyyat haqqında videoda məlumat verir.