Fəqərə diski yırtıqları hansı hallarda əməliyyat olunmalıdır? - VİDEO

  • 2019.02.07 16:13
  • 14235 Baxış
Fəqərə diski yırtıqları hansı hallarda əməliyyat olunmalıdır? -  VİDEO
"Beldə olan fəqərə diski yırtıqları ölçülərinə görə dəyərləndirilmir. Neçə mm olmasına dair tez-tez suallar çıxır. Ölçü 3 də ola bilər, 15 də. Əsas məsələ onun sinirə münasibətidir, siniri nə qədər sıxmasıdır”. Bu sözləri Medicina.az-a açıqlamasında Azərbaycanda ilk Ağrı Mərkəzinin rəhbəri, doktor Zülfüqar Yusifov deyib. Həkim fəqərə diski yırtıqlarında əməliyyatın nə zaman tövsiyə edildiyini də açıqlayıb. "Xəstədəki ağrılar 2-3 ay ərzində konservativ müalicələrə tabe olmadıqda, sidik saxlama sıxıntısı olduqda, bağırsaqlarında problem yarandıqda biz əməliyyata göstəriş veririk. Bundan əlavə, aşağı ətraflarında dayanıqlı keyimə hissi olan pasiyentlər də əməliyyata alınır. Digər hallarda isıə konservativ və invaziv müalicələrdən istifadə olunur”.

 

HƏKİMLƏ ƏLAQƏ:  050 346 47 72