Hamiləlikdə dölün 15-20-ci həftəsinin 3D görüntüsü - VİDEO

  • 2017.10.11 11:08
  • 26632 Baxış
Hamiləlikdə dölün 15-20-ci həftəsinin 3D görüntüsü -   VİDEO
Hamiləliyin 15-ci həftəsindən başlayaraq artıq xoşagəlməz hisslər tamamilə yoxa çıxır.

 

Medicina.az xəbər verir ki, ananın iştahasında isə problem olmur. Məhz bu dövrdən başlayaraq analarda dırnaq qırılmaları, saç tökülmələri, dəri qurulaşmaları müşahidə edilə bilər. Bu o deməkdir ki, istər ananın istərsə də dölün kalsiuma, vitaminə həmişəkindən daha çox tələbatı var. Uşaqlıq tədricən artaraq qarın boşluğuna keçir. Uşaq bağırsağa təzyiq göstərməyə davam edə bilər. Anada qəbzlik yarana bilər. Bunun üçün yeyilən qidalara fikir verilməlidir. 2 litrə qədər su içilməlidir.


Artıq 15-ci həftədə dölün inkişafı təqribi aşağıdakı kimi olmalıdır:


Körpənin boyu 93-103 mm


Çəkisi 50 qram (Bu o deməkdir ki USM-də artıq uşağın cinsiyyətini təyin etmək mümkündür)


Ayaqlar da daha yaxşı inkişaf etməyə başlayır, hətta qollardan uzun ola bilər.


Qulaq seyvanları təkmilləşir


Körpənin bədənində tükcüklər yaranmağa davam edir.


Rəngi qırmızımtıl olsa da , əvvəlki kimi şüşə kimi şəffaf deyil.