Süd alarkən diqqətli olun - Sizin də başınıza gələ bilər/ VİDEO

  • 2018.04.06 11:42
  • 22203 Baxış
Süd alarkən diqqətli olun - Sizin də başınıza gələ bilər/  VİDEO
Paytaxt sakinlərindən biri bazardan süd alıb. Üstəlik, bu süd ona kənd südü adından satılıb. Ancaq evdə bişirildikdə ortaya fərqli mənzərə çıxıb. Südü qatılaşmış mayeyə çevrilib.


Bazardan süd aldı, ancaq bişirildikdən sonra bu hala düşdü. İlk baxışdan hər hansı bir kimyəvi maddəyə bənzəsə də, paytaxt sakini Aydın Laçınov bunu bazardan "kənd südü" adından alıb. Ancaq həmin süd bişdikdən sonra formasını dəyişib.


Aydın Laçınov deyir ki, bazardan aldığı südün bu formaya düşməsi onu təəccübləndirib. Ona daha çox təsir edən isə satıcının bu məsələyə reaksiyası olub.


Biz də həmin südün satıldığı bazara baş çəkdik. Satıcı əvvəlcə məsələni inkar etsə də, sonra vəziyyətdən başqa çıxış yolları tapmağa çalışıb.


Ət və süd məhsulları satışa çıxarılmadan öncə mütləq yoxlanılmalı və həmin məhsula xüsusi icazə sənədi verilməlidir. 8-ci kilometr bazarında ət və süd məhsullarının yoxlama və nəzarət işini 21 saylı baytarlıq sanitariya ekpertiza labaratoriyası həyata keçirir. Laboratoriyadan bildirdilər ki, onlar sözügedən südün satışa çıxarılmasına dair hər hansı icazə sənədi verməyiblər.


Ekspertlər tövsiyyə edirlər ki, belə təhlükəli hallarla rastlaşmamaq üçün hər hansı ərzaq məhsulu alarkən onun istehsalçısının bəlli olmasına və məhsulun etiketlənməsinə diqqət yetirilməlidir.