Uşaqlarda öd daşı təhlükəsi və əməliyyat - Əməliyyatxanadan VİDEO

  • 2018.07.16 18:16
  • 41435 Baxış
Uşaqlarda öd daşı təhlükəsi və əməliyyat -  Əməliyyatxanadan VİDEO
Uşaq cərrahı Toğrul Ömərov son vaxtlar körpələrdə və azyaşlı pasiyentlərdə öd kisəsində daş əmələ gəlməsi və bu səbəbdən öd daşı əməliyyatlarının çoxaldığını bildirdi.

 


 

Medicina.az cərrahın valideynlərə məsləhətini və 1 yaşlı uşaqda öd kisəsi əməliyyatını təqdim edir:

 

Həkimin bildirdiyinə görə, uşaqlarda öddə daş yaranmasının səbəbləri bunlardır:


" Daha çox qan xəstəliyi,hematonik anemiyası olan uşaqlarda rast gəlinir. Eritrositlərin parçalanması və metobolizmin pozulmasına görə öddə sürətlə daşlar yaranır. Ikinci səbəb metobolik – mübadilə pozğunluğudur. Digər səbəb alimentar səbəbdir: hər hansı qidanın uyğunsuzluğu, daha çox verilməsi təsir edir. Bir risk qrupu da yarımçıq doğulmuş uşaqlardadır. Onlar parenteral – damar yolu ilə qidalandırıldığından öddə daş yaranması qaçılmazdır.


Əgər uşaqda öd daşı aşkarlandısa, o nəzarətə alınmalı və öd kisəsi çıxarılmalıdır. Öd daşının ərimə, dərmanla müalicə şansı yoxdur. Kiçik ölçülü daşların təhlükəsi daha çoxdur, çünki asanlıqla pd yoluna düşüb ağır fəsadlar  və qaraciyər çatışmamazlığına gətirib çıxara bilir. Ona görə ən kiçik öd daşında uşağın yaşından asılı olmayaraq əməliyyat göstərişdir.


Yox əgər böyük ölçülü daşdırsa, uşağın vəziyyəti imkan vermirsə, bir az gözləyib, uşağı hazırlayıb, ən texi 6-7 aylıqda əməliyyat etmək olar.


Uşaqda öd daşı olduğunu göstərən əlamətlər: ağrılar, ağızdan kəskin qoxunun gəlməsi, həzm pozğunluğu, qarında sancı, qəbizlikdir. Bu əlamətləri valideynlər soyuqdəymə və qurd invaziyaları ilə səhv salırlar. Ona görə özbaşına diaqnoz qoymaq olmaz. Uşaq mütləq USM –dən keçirilir. Orda artıq öddə daşlar görünür. Daşın ölçüsü, forması və ümumi vəziyyətə görə cərrah əməliyyatın növünü seçir”.


Toğrul Ömərov hazırda öd daşı əməliyyatlarını yalnız laporoskopik icra etdiyini bildirdi. Bu əməliyyat 3 kiçik nöqtədən keçirilir, 1 günə pasiyent evə yola salınır.

 

Uşaq daha tez sağalır. 10 günlük qida rejimindən sonra normal həyatına davam edir. Ödün olmaması uşağın sağlamlığı üşün gələcəkdə heç bir fəsad yaratmır. 


Təqdim olunan videoda 1 yaşlı körpədə icra olunan  laporoskopik öd kisəsi əməliyyatıdır

 






 


Uşaqlarda öd daşı təhlükəsi və əməliyyat -  Əməliyyatxanadan VİDEO
Uşaqlarda öd daşı təhlükəsi və əməliyyat -  Əməliyyatxanadan VİDEO