Xüsusi dərmanlarla hazırlanan meyvələr mədə-bağırsaq sistemini pozur - VİDEO

  • 2018.05.21 23:33
  • 11943 Baxış
Xüsusi dərmanlarla hazırlanan meyvələr mədə-bağırsaq sistemini pozur -  VİDEO
ARB TV-nin "Günə doğru" verilişində zəhərli meyvələr haqda sujet yayımlanıb.


Medicina.az xəbər verir ki, ötən ayın əvvəllərindən başlayaraq müxtəlif ticarət mərkəzində qablaşdırılmış alça, çiyələk, ərik kimi meyvələrə rast gəlirik. Satıcılar bildirir ki, sözügedən meyvələrin bəziləri yerli, bəziləri xarici ölkələrdən gətirilib.


Yerli təsərrüfatçılar bildirir ki, bölgəmizdə hazırda satılan meyvələrdən alça indi yetişməyə başlayıb, ərik və çiyələk isə hələ ki kütləvi satışa çıxarılacaq qədər yetişməyib. Satışda olan məhsullara gəlincə, onlar istixanalarda xüsusi kimyəvi perparatlarla yetişdirilən meyvələrdir.


Mütəxxəsislər bildirir ki, təbii yolla yetişdirilən çiyələk və alça sağlamlığa faydalıdır. Vitamin və mikroelementlərlə zəngin olan bu giləmeyvələr diş əti, mədə-bağırsaq, ürək qan-damar, tənəffüs sistemi problemlərinə qarşı təsiredici qüvvəyə malikdir. Lakin xüsusi dərmanlarla hazırlandıqda mədə-bağırsaq sistemini pozur, allergik problemləri kəskinləşdirir.


Nazir Adilov (həkim) : "Kimyəvi maddələrdən çox istifadə etdikdə, yaxud da həmin məhsullar yuyulmadıqda xəstəliklər baş verir. Belə olanda həmin xəstələrin mədəsi yuyulur, müalicə edilir".


Həkim qeyd edib ki, hazırda satışda olan çiyələk və alçanı xüsusi ilə uşaqlara vermək tövsiyyə olunmur. Uşaq orqanizmi üçün faydalı olan bu meyvələri mövsümündə yemək lazımdır. Əks halda, azyaşlıların səhhətində problemlər yarana bilər.