50 illik varikozu belə sağaldan möcüzə RESEPT

  • 27 İyul, 2019
  • 39732 Baxış
50 illik varikozu belə sağaldan möcüzə RESEPT
Varikoz damar patologiyası olub venoz damarlarda qan dövranı pozğunluğu, damar genişlənməsi, tromboz və xoralara səbəb olur. Daha çox qadınlarda rast gəlinir. Xaricdən maz, kremlə müalicə elə də müsbət təsir etmir.

Lakin bu xəstəlik qədim olduğundan və insanlar yüz illərdir onunla mübarizə apardığından xalq təbabəti reseptləri müasir farmindustriyanın təklif etdiyi preparatlardan bəzən daha effektiv ola bilir.

Medicina.az bir çox rus pasiyentlərinin sınadığı, hətta 50 ilin varikozunda da effektiv olan mazın reseptini təqdim edir. Mazın tərkibi asandır, apteklərdə ala bilərsiz.

Lazımdır:

Əridilmiş salo (donuz piyi) -1 xörək qaşığı 
Vişnevskiy maz – 1 xörək qaşığı
İxtiolov mazı – 1 xörək qaşığı

Təsərrüfat sabunu əridilmiş – 1 xörək qaşığı
Aloe şirəsi – 1 xörək qaşığı
Soğan suyu -1 xörək qaşığı
Təbii bal – 1 xörək qaşığı

Bütün inqridiyentlər kiçik qazanda orta odda qarışdırılaraq isidilir. Qaynara düşənə kimi saxlanılır, amma qaynamamalıdır. 
Tez oddan götürüb, soyudun və krem qabına yığın.

Bu mazı xəstə ayaqlara çəkib, bintlə yüngülcə üzərini örtüb bağlayırsız. Bu sarğı ilə 1 sutka qalırsız. Gecə yatıb, səhər oyanıb açır və yenidən sarğı qoyursuz. Bu proseduru düzəldiyiniz maz bitənə kimi edirsiz.
 
Bu 1 kursdur. 2-ci kursu 6 ay sonra təkrarlaya bilərsiz.