Ayaqdakı sümük çıxıntısına qarşı qəpik-quruşluq vasitə - Tibb bacılarının resepti

  • 2019.07.24 17:19
  • 25727 Baxış
Ayaqdakı sümük çıxıntısına qarşı qəpik-quruşluq vasitə -  Tibb bacılarının resepti
Apteklərdə ucuz qiymətə satılan Xlorofillipt məhlulu bir çox problemlərin dərmanıdır. Ondan hələ Sovet dövründə tibb bacıları, həkimlər ayaqlarında çıxan sümüyə çəkərdilər.

 

Baş barmaq yanında sümük çıxıntısından əziyyət çəkənlər üçün qəpik-quruşluq bu vasitə iltihabı azaldır, sümüyün böyüməsinin və ağrının qarşısını alır.


Medicina.az sizə də kömək edə biləcək resepti təqdim edir.


Xlorofilliptin yağlı məhlulu, Dimeksid və şpris götürülür. 3 ml Xlorofillipt və 1  ml Dimeksid şprislə çəkilib, plastik stəkanda qarışdırılır.

Tənzif və ya pambıq bu qarışıma isladılıb, sümüyün üzərinə kompress qoyulur və 20 dəqiqə saxlanılır. Səhər və axşam edilir.