Nənə-babalarımız təzyiqi qalxanda nə içirmiş? - Bu reseptlərə görə onlar daha sağlam idilər

  • 2018.12.24 12:06
  • 61076 Baxış
Nənə-babalarımız təzyiqi qalxanda nə içirmiş? -  Bu reseptlərə görə onlar daha sağlam idilər
Hirpertoniya elə bir xəstəlikdir ki, artıq hər yaş qrupunda olan şəxslərdə rast gəlmək mümkündür. Təəssüf ki, müasir dövrümüzdə ən çox yayılan və cavanlaşan xəstəliklərdəndir. Əksəriyyət dərmanlara üz tutsa da, nənə-babalarımız xalq təbabəti ilə bu xəstəliklə baş edə biliblər. Xalq təbabətində olan çarələrlə həm təzyiqə nəzarət etmək, həm də qara ciyərləri dərmanların mənfi təsirlərindən uzaq tutmaq mümkündür. 


Medicina.az illərin sınağından çıxmış, hipertoniklər üçün şam ağacının yarpaqlarından hazırlanan dəmləmənin reseptini təqdim edir: 


Hazırlanması: qazana 5 x/q şam ağacının xırdalanmış yarpağı, 2 x/q itburnu giləmeyvəsi və bir miqdar soğan qabığı tökün. Üzərinə 1 l soyuq su əlavə edin. Daha sonra qazın üstünə qoyaraq 10 dəqiqə qaynadın. 


Dəmləməni soyumağa qoyun, daha sonra məhlul 1 l olana kimi üzərinə isti su əlavə edin. 


Məhlulu tam olaraq 2 hissəyə ayırın və 2 gün ərzində çay əvəzinə için. Müalicə kursunun müddəti 4 aydır. 


Daimi nəticə əldə etmək üçün müalicəni bir neçə il təkrarlamaq lazımdır. 


Onu da qeyd edək ki, şam ağacı yarpaqlarından hazırlanan dəmləmə bağırsağı və qaraciyəri təmizləyərək müalicəvi effekt verir. 


Bu dəmləməni təzyiqinizin normal olduğu vaxtda qəbul etməyin. 


Arzu

Medicina.az