Qadınlar üçün 5 türkəçarə - Menstrual tsikl pozğunluğunda

  • 15 İyul, 2019
  • 24916 Baxış
Qadınlar üçün 5 türkəçarə - Menstrual tsikl pozğunluğunda
Menstruasiya pozulmalarında, bir neçə ay ard-arda menstruasiya olmadıqda, müddəti qısa və ya uzun oldduqda bu xalq təbabəti reseptlərini sınayın.
 

1.4-5 sap zəfəranı 1 stəkan isti suda 2 saat dəmləyib, gün ərzində için

2. Bir çay qaşığı dağtərxunu çiçəklərini 1 stəkan qaynar suda 30 dəqiqə dəmləyib, süzün. Gündə 3 dəfə bu dəmləmədən bir az için. 

3.Mentruasiyanı çox gözəl bərpa edir sürvə. Şalfey kimi tanıdığınız bitkini ayda 1 dəfə için. 1 çay qaşığı sürvəni 1 stəkan qaynar suda dəmləyin. Gün ərzində bu 1 stəkan dəmləməni 2-3 dəfəyə için. Kurs 1 həftədir.

4. Təmiz zeytun yağına sarımsaq əzib hər gün bir qaşıq qəbul etmək də faydalıdır. 50 ml zeytun yağına 2 diş sarımsaq.

5.Hər gün 7 ədəd xurma yemək də menstruasiyanı normallaşdırır, hormonları bərpa edir. 20 gün olmaqla yeyirsiz.

Yaxşı olar ki, bu reseptlərdən 2-3-nü eyni vaxtda edəsiz.