Qan azlığı, xərçəng, diabet, infarkt… - BİR GÖBƏLƏYİN MÖCÜZƏSİ

  • 22 May, 2019
  • 11111 Baxış
Qan azlığı, xərçəng, diabet, infarkt… - BİR GÖBƏLƏYİN MÖCÜZƏSİ


Quzuqarnı göbələyi təbii  və şəfalı göbələk növüdür.
Mövsümü yaz aylarında olur. Məhz bu möcüzəvi qida vasitəsi qan azlığının həll yoludur.
 
 
Medicina.az quzuqarnı göbələyinin faydaları haqqında ətraflı məlumatı təqdim edir.
Bu göbələk növü digərlərindən dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə fərqlənir. Nadir tapılan quzuqarnı göbələyinin faydası saymaqla bitmir.
 
 
•    Orqanizmin müqavimətini artırır
•    Qan təzyiqi tənzimləyir
•    Xərçəngdən qoruyur
•    İmmuniteti gücləndirir
•    Anemiyaya yaxşı təsir edir
•    Diabetdə müsbət təsiri var
•    Görməni yaxşılaşdırır
•    Qaraciyərin funksiyasını stimullaşdırır
•    Ürəyi xəstəliklərdən qoruyur
 
 
El arasında quzuqarnı adlanan göbələk növü Xaçmaz və Şabran rayonlarının meşəliklərindən martın ikinci ongünlüyündən başlayaraq toplanır. Quzuqarnı mövsümü aprelin ortalarınadək davam edir.
 
 
 
 
YÜKSƏK QİDA DƏYƏRİ VAR
 
 
Qida dəyəri yüksəkdir. Tərkibində B1, B2 və C vitaminləri boldur. Yüksək miqdarda Kalsium, Natrium, Sink və Kalium ehtiva edir.
 
 
İMMUNİTET SİSTEMİNİ GÜCLƏNDİRİR
 
 
Quzuqarnı göbələyi immunitet sistemini gücləndirir. Davamlı yeyildikdə orqanizmi bütün zərərli mikroorqanizmlərdən qoruyur.
 
 
 
QAN AZLIĞININ HƏLLİ
 
 
Qan azlığı olan anemiya xəstəliyinin müalicəsində olduqca təsirlidir. Orqanizmdə dəmir çatışmazlığının səbəb olduğu qan azlığı uzun müddət davam etdikdə ağır nəticələrə səbəb olur. Dərman müalicəsi ilə yanaşı quzuqarnı yemək labüddür. Çünki bəhs edilən xəstəliyin müalicəsində faydalı qida vasitəsidir.
 
 
XƏRÇƏNGƏ QARŞI QORUYUR
 
 
Quzuqarnı göbələyinin tərkibindəki Niasin, yəni B3 vitamini  və Selen elementi xərçəngə qarşı böyük təsirə malikdir. Bu maddələr xüsusi ilə prostat xərçəngini önləyir. Prostat xərçəngi riski olanların quzuqarnı yemələri tövsiyə olunur.
 
 
ŞƏKƏRLİ DİABETƏ YAXŞI TƏSİR EDİR
 
 
Diabetdən əziyyət çəkənlər üçün ən yaxşı qida vasitələrindən biri məhz quzuqarnıdır. Ən təbii üsul olan quzuqarnı, qandakı şəkəri balansda saxlayır.
 
ÜRƏYİ QORUYUR, QARACİYƏRİN FUNKSİYASINI NİZAMA SALIR
 
 
Quzuqarnı göbələyinin qaraciyər və ürək xəstəliklərinə qarşı qoruyucu təsiri olduğu bilinir. Davamlı istifadə edildikdə qaraciyərin funksiyasını stimullaşdırır.
 
 
 
 
GÖZ SAĞLAMLIĞINI QORUYUR
 
 
B2 vitamini əskikliyi katarakt kimi göz xəstəliklərinə səbəb olur. Quzuqarnı  göbələyində bol miqdarda B2 vitamini var. Buna görə də gözlərinizin sağlamlığını quzuqarnı yeməklə qoruyun.
 
 
Qeyd edək ki, 20-25 gün ömrü olan quzuqarnını istixana şəraitində yetişdirmək qeyri-mümkündür. Quzuqarnı göbələyinin konservləşdirilmiş halda satışı da yoxdur.