Qızılgül müalicə edir və arıqladırmış! – İnanılmaz diyetik xassəyə malikdir

  • 2018.10.19 15:39
  • 16391 Baxış
Qızılgül müalicə edir və arıqladırmış! –  İnanılmaz diyetik xassəyə malikdir

 Qızılgül tam haqlı olaraq Yer kürəsində ən gözəl güllərdən biri sayılır və buna görə də qadınların ən sevimli bitkisidir. Onun «cilalanmış» gözəlliyi qadın nəzərlərini sevindirir, tayı-bərabəri olmayan incə aromatı isə qadın ürəyini sevinclə və sürətlə vurmağa məcbur edir.


Medicina.az xəbər verir ki, heç də uzaq olmayan keçmişdə Avstraliya universitetlərindən birinin alimləri həqiqətən sensasiyalı kəşf ediblər - qızılgül diyetik xassəyə malikdir! Sən demə, bu güllərin ətrafa saçdığı aromat iştahın azalmasına səbəb olur. Başqa sözlə - qızılgül ətri qadınların qida qəbul etməyə meylini əhəmiyyətli dərəcədə aşağı salır.


Belə bəyanat bir elmi-tədqiqat eksperimenti sayəsində mümkün olub. Eksperimentdə 3200 qadın iştirak edib. İştirakçılar 20-36 yaş qrupunda olublar və hamısı da piylənmədən əziyyət çəkirmiş.


Eksperimentin mahiyyəti aşağıdakından ibarət olub: iştirakçıların yarısı təzə qızılgül buketləri yerləşdirilmiş otaqda, qalanları isə interyerini çöl çiçəklərinin tamamladığı otaqda yerləşdirilib. Bu zaman buketlər hər gün təzələnib.


İki həftə ərzində iştirakçılar həmin otaqlarda, hər gün 3 saat müddətində olublar.


Sınaqların gedişində məlum olub ki, qızılgül aromatının təsiri altında olan qadınlar qida qəbuluna daha az meylli olublar. Bu zaman, onların çəkisinin azalması müşahidə olunub - orta hesabla, 3-5 kiloqram, üstəlik də onların gündəlik qida rasionu 1000 kalorilik kiçilib.


Bu tədqiqatın rəhbərinin sözlərinə görə, qızılgül aromatı insan beyninin aclıq hissini idarə edən hissəsini fəallaşdırır və bununla da qızılgül ətri orqanizmi artıq kaloridən «azad edir». Sadə dillə ifadə etsək - qızılgılün yaydığı aromat yalan doymuşluq effekti yaradaraq, orqanizmi sadəcə, aldadır.


 

Medicina.az