Saxsı üzərində tapılmış bu resepti cəmi 40 gün edin, şəfa tapın! - Eradan əvvəl yazılıb

  • 2019.01.05 14:36
  • 35687 Baxış
Saxsı üzərində tapılmış bu resepti cəmi 40 gün edin, şəfa tapın! -  Eradan əvvəl yazılıb
Kağız-qələmin olmadığı qədim dövrlərdə əlyazmalar papirus, sonralar qoyun, dəvə, keçi və digər heyvanların xüsusi üsulla hazırlanan dərisi üzərində aparılıb, daha sonra şirələnmiş və yandırılmış gildən hazırlanan saxsı üzərində yazılırdı. Mərhum akademik İmam Mustafayevin 1984-cü il "Elm və həyat" jurnalına təqdim etdiyi resept də saxsı üzərindən götürülüb. 


Medicina.az xəbər verir ki, reseptdə 1971-ci ildə UNESCO ekspedisiyasının Tibet monastırından tapdığı dərman haqqında məlumat verilib. Eramızdan əvvəl VI-IV minilliklərə aid edilən saxsılar üzərində yazılmış həmin resept dünya xalqlarının dillərinə tərcümə olunub.


Reseptdə göstərilənlərə əsasən hərəsindən 100 qram qurudulmuş çobanyastığı, dazıotu, solmazçiçəyi və tozağacı tumurcuqları bir-birinə qarışdırılıb qəhvəüyüdəndə üyüdülərək emallı, ağzı bağlı, yaxud şüşə qabda saxlanılır, hər gün qarışıqdan bir xörək qaşığı yarım litr suda 20 dəqiqə dəmlənilir, alınan dəmləmə süzülür. Süzülmüş mayenin bir stəkanına bir çay qaşığı bal qarışdırılıb yatmazdan əvvəl qəbul edilir. Müalicə proseduru təxminən 40-42 gün aparılır və onu 5 ildən bir təkrar etmək olar.


Məşhur bioloq-alimin Tibet təbabətindən əldə etdiyi resept əsasında hazırlanan dəmləmənin qəbulu orqanizmi kirəc və piy yığıntılarından təmizləyir, maddələr mübadiləsini, damarların elastikliyini yaxşılaşdırır, stenokardiya, infarkt, skleroz, iflic və bəd şişlərdən qoruyur, görmə qabiliyyətini bərpa edir, başda olan səsləri kəsir və orqanizmi cavanlaşdırır.