Türkiyədə müalicə olunmaq istəyənlər üçün pulsuz konsultasiya – FAMAX-da həkim qəbulu

  • 2019.11.21 17:03
  • 19867 Baxış
Türkiyədə müalicə olunmaq istəyənlər üçün pulsuz konsultasiya  – FAMAX-da həkim qəbulu
1 ildən artıqdır ki, Famax Medikal Turizmin Bakı filialı fəaliyyət göstərir. Onlarla klinika və tanınmış həkimlərlə əlaqə qurulub, müqavilələr bağlanılıb. Artıq yüzlərlə xəstə FAMAX xətti ilə səhhətindəki problemləri həll edib, sağlamlığına qovuşub. 


Çox insanların xaricdə müayinə və müalicə ilə bağlı sadəcə məsləhət almağa ehtiyacı var. Elə bu məsləhətləşmə üçün FAMAX Bakı ofisinin qapıları hər kəsin üzünə açıqdır. 


Medicina.az FAMAX Medikal Turizmin Bakı şöbəsinin rəhbəri, tanınmış kardioloq, tibb elmlər doktoru Əhməd Babayevdən xəstələrə nə kimi yardım edə biləcəkləri barədə açıqlama alıb.

 



"Famax olaraq burada xəstələrin konsultasiyasını pulsuz aparırıq. Xəstələri peşəkar həkim qəbul edir. 

Xəstə müraciət edir, keçirilmiş müayinələrin nəticələrini  təqdim edir, harada və necə müalicə almaq istədiyini bildirir. Geniş anamnez toplanılır. Bütün təqdim edilmiş məlumatları dəyərləndiririk. Lazım gələrsə diaqnozu dəqiqləşdirmək məqsədi ilə əlavə müayinələr tövsiyə olunur.


Diaqnoz dəqiqləşəndən sonra xəstənin istəyini nəzərə alıb, onun yerli klinikalarda və ya Türkiyə xəstəxanalarında müalicə olunmasına aydınlıq gətiririk. Xəstə Bakıda müalicəsini davam etdirmək istədiyi halda onu yerli güvəndiyimiz peşəkara yönləndiririk. Türkiyədə müalicəni aparmaq variantı seçilirsə, xəstənin İstanbulun aparıcı klinikalarında müalicə aparmaq proqramına başlayır.

 

Hər büdcəyə uyğun müalicə paketi


FAMAX-ın İstanbulun əsas aparıcı klinikaları ilə müqaviləsi mövcuddur. Xəstənin diaqnozuna uyğun uzman həkimlər seçilir və xəstəyə tövsiyə edilir və xəstənin verdiyi qərardan sonra burda yığılan müayinə protokolları və digər sənədlər İstanbuldakı baş ofisimizə göndərilir.

 

Xəstələrin büdcəsinə uyğun 2-3 klinika, uzman həkim, professor seçilir və xəstə üçün təkliflər planı hazırlanır. Xəstə özü də tövsiyə edilmiş klinika və həkim barədə araşdırma edə bilər.


Xəstəni Bakıdan transfer edirik, İstanbul hava limanında onları qarşılayırıq və otelə çatdırırıq. Əgər xəstə arzu edərsə klinikaya yaxın otel də bronlaşdıra bilərik. Bilirsiz, İstanbulda istədiyiniz həkimin qəbuluna həmin an düşmək mümkün deyildir. Xəstənin müayinə planına uyğun olaraq FAMAX klinikada lazımı olan həkimlərə və digər müayinə kabinetlərinə öncədən randevu alır. Şirkətimizin işçisinin müşayiəti ilə bütün müayinələrdən gün ərzində keçir.


Diaqnoz dəqiqləşəndən sonra müalicə ambulator olacaqsa, xəstə təyin edilmiş dərmanlarını alıb, Bakıya qayıdır. Bəzən əlavə müayinələr  və ya stasionar müalicəyə ehtiyac olur. Bəzən isə təcili müdaxilə lazım olur. Bu halda xəstə stasionarda qalıb müalicəsini alır və ya əməliyyata hazırlanır.


Bunları nəzərə alaraq, Türkiyədə müayinə və müalicə barədə düşünən, aylarla müalicə alıb yaxşılaşma olmayan, səhhəti ilə bağlı narahatlığı olan hər kəs FAMAX medikal turizm şirkətinin Bakı ofisinə yaxınlaşa bilər. Öncədən zəng edin və bütün müayinə nəticələrini və reseptləri götürməyi unutmayın”.


Ünvan: 28 May küçəsi 69

TeL: 050 444 30 20

 

 


 

Türkiyədə müalicə olunmaq istəyənlər üçün pulsuz konsultasiya  – FAMAX-da həkim qəbulu
Türkiyədə müalicə olunmaq istəyənlər üçün pulsuz konsultasiya  – FAMAX-da həkim qəbulu