10 ildə 82 468 xəstə əməliyyat olunub

  • 24 May, 2019
  • 772 Baxış
 10 ildə 82 468 xəstə əməliyyat olunub


"Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyətə başladığı 10 il ərzində stasionar xəstələrinin sayı 90 224 nəfər olub".

Medicina.az xəbər verir ki, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov "Oftalmologiyanın bu günü və gələcəyi" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu illər ərzində 82 468 xəstə üzərində cərrahiyyə əməliyyatı keçirilib: "Ambulator müayinələrdən keçən vətəndaşların sayı 1 milyon 710 nəfər təşkil edib. Səyyar klinikanın fəaliyyəti zamanı isə 22 692 nəfərə baxış keçirilib, onlardan 2 minə yaxın xəstə əməliyyat olunub".