3 yaşlı siam əkizlərinin ÖLÜM-DİRİM MÜBARİZƏSİ... - bir neçə saat yaşaya biləcəklər deyildi

  • 2019.08.14 10:24
  • 5220 Baxış
3 yaşlı siam əkizlərinin ÖLÜM-DİRİM MÜBARİZƏSİ...  - bir neçə saat yaşaya biləcəklər deyildi
Seneqallı siam əkizləri Endaye və Mariyamenin hekayəsi eşidən hər kəsi hüznləndirir.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, qızlar doğulduğu zaman həkimlər cəmi bir neçə saat ömürləri olduğunu desələr də, onlar artıq 3 yaşındadırlar.

Dünyada siam əkizlərinin ayrılması üçün uğurlu əməliyyatlar aparılsa da, bu Endaye ve Mariyame üçün mümkün deyil. Qızların ayrı ürəkləri olsa da, qaraciyərləri, həzm sistemi orqanları eynidir. Mariyamenin ürəyində anadan gəlmə qüsur var. Həkimlərin onun həyatı bahasına Endayeni qurtarmağı təklif etsələr də, ataları İbrahim razılaşmayıb.

"Əlimdən gələn tək şey hər zaman yanlarında olmaqdır. Bir balamı yaşada bilmək üçün digərini öldürmərəm", deyə o bildirib. Mariyame və Endaye İngiltərədə yaşayırlar. Qarşıya qoyulan bu təhülkəli əməliyyat barədə qərar vermək olduqca çətin idi. Bu riskli həyat şəraiti onların bitişik qaldığı müddətcə də davam edəcək. Valideynlərinin ümidi ilə 3 yaşın açatan körpələr həkimləri də təəccübləndirməyə davam edirlər.
    
Həkimlər uşaqların ayrılması üçün əməliyyatın, çox unikal və mürəkkəb  olduğunu deyirlər. Siam əkizlərin atası, onların həyatı üçün ciddi narahatlıq keçirdiyini bildirib.
" Endaye, qabları yuduğumu görəndə "kasıb ata" deyir, Endaye ağlayanda Marieme ona tərəf dönərək 'Şhh, səs-küylü' deyir bu da məni çox güldürür. Onlarla yaxşı vaxt keçirirəm. Artıq bir neçə ay sonra bağçaya gedəcəklər. Bu onlar üçün müsbət hadisədir. Nə qədər deyib-gülsəkdə bu onların mövcud vəziyyətini unutmağa imkan vermir. Ümid edirəm qızlarımın parlaq gələcəkləri var. Qızlarına qulluq etməklə yanaşı, İbrahima, digər əlil uşaqlara kömək üçün bir xeyriyyə cəmiyyəti qurmaq niyyətindədir. "Bu vəziyyətdən sonra, digər əlil və çətin şəaitdə yaşayan, ehtiyacları olan uşaqlara gözlərimi yuma bilmərəm. Onlar üçün nəsə etməliyik. Bu layihəmiz ehtiyacı olan körpələr üçün stimuldur."