76 yaşlı qadında qida borusu törəməsi xaric edildi

  • 26 İyun, 2019
  • 3347 Baxış
76 yaşlı qadında qida borusu törəməsi xaric edildi
Qida borusu törəmələrinin müalicəsində cərrahiyyə əsas yer tutur və bu əməliyyatlar texniki çətinlik və risk baxımından ən mürəkkəb hesab edilir. Ona görə də son vaxtlaradək yaşlı və yanaşı xəstəliyi olanlarda çox riskli olduğundan, ənənəvi olaraq, cərrahi müalicə uyğunsuz hesab edilirdi. Lakin son illərdə dünyanın qabaqcıl mərkəzlərində tətbiq olunan laparoskopik ezofagektomiya əməliyyatı həmin hallarda ölüm və ağırlaşma riskini əhəmiyyətli dərəcədə azaltmış olur.
 
Bu barədə Medicina.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edən xəstə üzərində əməliyyat təbabətin həmin son yenilikləri tətbiq edilməklə aparılıb.
 
Ümumi cərrah İlqar İsmayılov 76 yaşında və ürəyində stent olan xəstə üzərində qida borusu törəməsi səbəbi ilə laparoskopik əməliyyat icra edib. Həyata keçirilən minimal invaziv əməliyyat uğurla başa çatıb və 7 gün sonra xəstənin normal qidalanması bərpa edilərək evə buraxılıb.