Anadangəlmə hipotireoz ağır nəticələr verə bilər - Diaqnoz və müalicədə alman preparatları

  • 26 İyl 2019 16:07
  • 3821 Baxış
Anadangəlmə hipotireoz  ağır nəticələr verə bilər -  Diaqnoz və müalicədə alman preparatları
Hipotireoz (HT)- qalxanabənzər vəzin  hormonlarının sekresiyasının zəifləməsi və ya vəzin funksiyasının tam itirilməsi ilə gedən xəstəlikdir. 


Hipotireozun aşağıdakı formaları var:


Birincili hipotireoz – qalxanabənzər vəzin patologiyası ilə baglı

İkincili hipotireoz – hipofizin patologiyası ilə baglı

Üçüncülü hipotireoz – hipotalamusun patologiyası ilə baglı

Tireoid hormonlara həssaslığın zəifləməsi və ya olmaması


Genezinə görə:


Anadangəlmə

Qazanılma


95% hallarda birincili, 5% hallarda ikincili və üçüncülü hipotireoza təsadüf olunur.


Səbəbləri çox müxtəlifdir: 


Birləşmiş Ştatlarda Haşimoto tireoiditi adlanan autoimmun xəstəlik qalxanvari vəz tərəfindən sintez olunan tireoid hormonların səviyyəsinin enməsinin əsas səbəbidir. Hipotireozun yaranmasına səbəb olan digər mühüm faktor yod çatışmazlığıdır. Bundan başqa, qalxanvari vəzin inkişaf qüsuru, radioaktiv yodun qəbulu, tireotoksik preparatların qəbulu, hamilə qadınlarda yodidlərin, tireostatinlərin, litium, brom preparatlarının qəbulu, tireotrop hormona qarşı irsi rezistentlik, hipofizin anadangəlmə total çatışmazlığı, travması, iltihabı, şişi, hipotalamusun travması, iltihabı, şişi və s., müəyyən mikroelementlərin defisiti (xüsusən də dəmir), D vitamininin metabolik pozulması, qlütenə qarşı həssaslıq/dözümsüzlük (seliakiya),  metabolik asidoz da (qidada heyvani zülalların artıqlığı səbəbindən) hipotireozun inkişafına səbəb ola bilər. 


Bütün hüceyrələrin aktiv metabolizmi üçün qalxanvari vəzin hormonları vacibdir. Ona görə onun çatışmazlığı zamanı bütün orqan və sistemlərin fəaliyyəti zəifləyir. Bu zaman daha çox rast gəlinən simptomlar: soyuğa qarşı dözümsüzlük, iştahanın zəifləməsi, səbəbsiz şişkinlik, çəki artımı, daim yorğunluq və yuxusuzluq, konsentrasiyanın pozulması, tərləmənin azalması və dəridə quruluq, saçların tökülməsi, qəbizlik, əzələ ağrıları, zəiflik, əhval-ruhiyyənin dəyişməsi (depressiya), görmə və eşitmənin zəifləməsi, nitqin dəyişilməsi, yaddaş pozulmaları və dismenoreyadır.


 Digər zədələnmiş sistemlər:


Ürək-damar sistemi- (ürəyin yığılma qabiliyyətinin zəifləməsi, ürək ölçülərinin böyüməsi, perikardial mayenin əmələ gəlməsi, ürək atımının və nəbzin azalması, diastolik təzyiqin artması və sistolik təzyiqin enməsi); 


Mədə- bağırsaq traktı (peristaltikanın dəyişməsi, turşuluğun azalması və müvafiq həzm pozulmaları); 


Reproduktiv sistem (cinsi yetişkənliyin gecikməsi, ovulyasiyanın olmaması, sonsuzluq və menstruasiyanın pozulması, kişilərdə cinsi zəiflik, impotensiya, spermatogenezin pozulması) və digər sistemlər (xolesterin səviyyəsinin yüksəlməsi, anemiya, insulinə qarşı rezistentlik və s.). 


Hipotireoz əsasən böyüklərin endokrin patologiyası kimi tanınır. Amma bilməyimiz vacibdir ki, anadangəlmə hipotireoz da geniş yayılıb.  

 


 

   Anadangəlmə hipoterioz


    Anadangəlmə hipotireoz yenidoğulmuşlar arasında 1:3500-4000 nisbətində rast gəlinir. Bu,   böyük rəqəm sayılır. Anadangəlmə hipotireoza gec diaqnoz qoyub, müalicəyə gec başlayanda ciddi əqli geriliyə səbəb olur. Halbuki vaxtında müalicəyə başlanan pasientlər öz yaşıdlarından nə əqli, nə fiziki cəhətdən geri qalmır. Odur ki, bu məsələyə ciddi yanaşılmalıdır. Bəzi ölkələrdə xəstəliyi erkən aşkar etmək üçün yenidoğulmuşlarda skrininq test aparılır. 

 

    Anadangəlmə hipotireoz zamanı döldə tireoid hormonların çatışmazlığı beynin differensiasiyasının  pozulmasına, neyronların sayının artmamasına, sinir liflərinin azalmasına və sinir liflərinin  mielinizasiyasının pozulmasına gətirib çıxarır. Müalicə gec başlandıqda (4-6 həftəlikdən sonra) bu dəyişikliklər geridönməz olur.     


 Hipotireozun klinikası onun uşaqda  yaranma dövründən, dərəcəsindən, müddətindən asılıdır. Uşaqlarda ön planda fiziki, əqli və cinsi inkişafın ləngiməsi aşkar olunur. Xəstəlik nə qədər erkən başlanırsa, bu əlamətlər bir o qədər kəskin olur.


 Çox vaxt valideyn uşaqda xəstəliyin bəzi əlamətlərini gördükdə bunu yenidoğulmuşlarda tez-tez rast gəlinən digər nevroloji, dəri və mədə-bağırsaq problemləri ilə əlaqələndirir. Nəticədə isə anadangəlmə hipotireoz diaqnozunun qoyulması gecikir.


Buna görə də yenidogulma dövründə aşağıdakı əlamətlərə diqqətli olmaq lazımdır. Anadangəlmə hipotireoza, adətən, qızlarda daha tez-tez rast gəlinir. Bir sıra erkən əlamətlərə əsasən bu diaqnozu qoymaq olar. Beləki, bu uşaqlar anadan artıq çəki ilə doğulurlar; yenidoğulma dövründə  fizioloji  sarılıq  uzun müddət sürür; iştaha zəif, udma aktı çətin olur, çəkilərini az artırırlar, qəbizliyə meyilli olurlar, yuxululuq, əzginlik qeydə alınır. Qarın böyük olur, göbək yırtığı, səs tembri aşağı olur. Bu əlamətləri görən kimi mütləq pediatra müraciət etmək lazımdır. 


Hamiləliyin ilk 12 həftəsində döl, demək olar ki, ananın qalxanvari vəzisindən asılıdır, daha sonralar isə öz hormonları ifraz olunmağa başlayır. Buna görə qadınlar (xüsusən hipotireozu olan) hamiləliyi planlayan zaman və ya hamilə olduqlarını bilən kimi həkimlə məsləhətləşməli, qalxanvari vəz hormonlarının səviyyəsinin normal saxlanmasına nail olmalıdır. 


Hipotireoz zamanı müalicə əsasən əvəzləyici hormonal terapiyadan ibarətdir. Fərqli yanaşma təqdim edən 

 

Biotənzimləyici terapiyada biotənzimləyici preparatlar hipotalamus-hipofiz-qalxanvari vəz arasındakı əlaqəni tənzimləyir və orqanın funksiyasının bərpasına kömək edir:  

 

 


 



Anadangəlmə hipotireoz  ağır nəticələr verə bilər -  Diaqnoz və müalicədə alman preparatları
Anadangəlmə hipotireoz  ağır nəticələr verə bilər -  Diaqnoz və müalicədə alman preparatları
Anadangəlmə hipotireoz  ağır nəticələr verə bilər -  Diaqnoz və müalicədə alman preparatları
Anadangəlmə hipotireoz  ağır nəticələr verə bilər -  Diaqnoz və müalicədə alman preparatları
Anadangəlmə hipotireoz  ağır nəticələr verə bilər -  Diaqnoz və müalicədə alman preparatları
Anadangəlmə hipotireoz  ağır nəticələr verə bilər -  Diaqnoz və müalicədə alman preparatları
Anadangəlmə hipotireoz  ağır nəticələr verə bilər -  Diaqnoz və müalicədə alman preparatları
Anadangəlmə hipotireoz  ağır nəticələr verə bilər -  Diaqnoz və müalicədə alman preparatları
Anadangəlmə hipotireoz  ağır nəticələr verə bilər -  Diaqnoz və müalicədə alman preparatları