– XƏRÇƏNGƏ SƏBƏB OLURBağırsaq xorası nədir?

  • 2019.04.26 11:08
  • 20457 Baxış
– XƏRÇƏNGƏ SƏBƏB OLUR Bağırsaq xorası nədir?

"Xora xəstəliyi kəskinləşmə və xəstəliyin sakitləşməsi dövrlərinin əvəz olunması ilə gedən xroniki xəstəlikdir. Bu xəstəliyin yaranma səbəbi tam aydın olmasa da, xəstəliyə səbəb olacaq bir çox amillər var”. 


Bu sözləri Medicina.az saytına açıqlamasında həkim-terapevt Tural Qəmbərov deyib.


Həkim deyir ki, ağrıkəsicilər xora xəstəliyinə səbəb ola bilər: "Mədə və 12 barmaq bağırsağın soğanağını özünə məskən seçmiş "Helicobacter pylori” adlı bakteriya hansısa səbəbdən mədənin müdafiə faktorlarının azalması, tez-tez ağrıkəsicilərdən istifadə, zərərli vərdişlər, psixoemosional gərginlik, stress amilləri xəstəliyin yaranmasına şərait yaradır. Pasientlər göbəküstü nahiyədə (epiqastral) sancı şəkilli ağrı, bəzən ağrının sol tərəfə yayılması, bel və döş nahiyələrinə yayılan ağrılardan şikayətlənirlər. Xoranın yerindən asılı olaraq, ağrı yeməkdən 10-15 dəqiqə sonra və ya acqarnına, yeməkdən 2 saat sonra başlaya bilər”. 


Xora problemi bir sıra simptomlarla özünü büruzə verir. Həkim-terapevtin sözlərinə görə, bu xəstəliyə düçar olmusunuzsa, qıcqırma, turş gəyirmə, ürəkbulanma və qəbizlik kimi əlamətlər olur: "Bəzən xora xəstəliyi heç bir şikayət olmadanda davam edə bilər. Bu kimi hallarda tək əlamət xora yerindən qanaxma, xəstədə anemiya olur. 


Xoranın yerindən asılı olmayaraq, müalicə taktikası eynidir. 90-95% hallarda xora xəstəliyi olan insanların mədə şirəsində "Helicobacter pylori” adlanan bakteriya aşkar olunur. Mədə xərçənginin yaranmasında bu bakteriyanın rolu böyükdür. Onun üçün bu tip şikayətləri olan xəstələrdə sakitləşdirici, mədə turşuluğunu azaldacaq vasitələrlə vaxt keçirib xəstəliyi daha da ağırlaşdırmadan həkimə müraciət edərək, müayinələrdən keçib düzgün müalicə qəbul etmələrini tövsiyə edirəm. Əgər xora xəstəliyi olan pasientlərdə "Helibacter pylori” bakteriyası aşkarlanarsa, ilk öncə müalicə bu bakteriyanın məhvinə yönəlməlidir. Onu da qeyd etmək istəyirəm ki, mədə xoralarında xərçəng əmələgəlmə riski böyük olduğu halda, on iki barmaq xoralarının xərçənglə ağırlaşması indiyə qədər qeydə alınmayıb. Yəni bu tərəfdən on iki barmaq xorası, mədə xorasına nisbətən daha yaxşı müalicə olunandır”.

 


 

Ayna

Medicina.az
– XƏRÇƏNGƏ SƏBƏB OLUR Bağırsaq xorası nədir?
– XƏRÇƏNGƏ SƏBƏB OLUR Bağırsaq xorası nədir?