Bəlkə sizdə Balanit var? – Kişi cinsiyyət üzvləri üçün təhlükəli əlamətlər

  • 2019.09.03 18:52
  • 23614 Baxış
Bəlkə sizdə Balanit var? –  Kişi cinsiyyət üzvləri üçün təhlükəli əlamətlər
Balanit – kişi cinsiyyət üzvünün baş hissəsinin kəskin və xroniki iltihabi xəstəliyidir. Çox hallarda infeksiyalardan yaranır. Hazırda tibdə kişi sağlamlığı mövzusunda ən çox rast gəlinən və aktual bir problemdir. 


Medicina.az kişilərin baş bəlası balanitin simptom və müalicəsi barədə araşdırmanı təqdim edir

Patologiyanın simptomları: iltihablı nahiyədə qızardı, ağrı, artan şişkinlik, sidik və eakulyasiyada çətinlik. 


Ümumilikdə, 12 % kişilərdə rast gəlinən xəstəlikdir. Cinsiyyət orqanının baş hissəsinin iltihabı hətta uşaqlarda da rast gəlinə bilər. Amma daha çox 35 yaş və yuxarı hədlərdə yayılıb.


Maraqlısı odur ki, xəstəlik sünnət olunmuş kişilərdə nadir halda rast gəlinir, ona görə də müsəlman ölkələrində az yayılıb deyə bilərik. Səbəbi odur ki, sünnən edilməyən kişilərdə cinsiyyət üzvünün baş hissəsində ətin içəri qatlanan kənarlarına smeqma yığılır, bu da bakteriya, infeksiyanın yaranması üçün əlverişlidir. 


Müalicə olunmadıqda, xəstəlik orqanın bir başından daha irəli yayılaraq, bütün cinsiyyət üzvünü əhatə edə bilir.

Bu artıq balanopostit xəstəliyidir.


Ağırlaşmaları


Bu patologiya kəskin mərhələyə keçdikdə, müalicə olunmadıqda uretranın iltihabı, fimoz və parafimoza səbəb olur. Hətta ən ağır ağırlaşması kişidə erektil disfunksiya, yəni potensiya pozulması baş verə bilər.


Xəstəliyin eroziyalı formasında orqanda eroziyalaşmış sahələr aydın nəzərə çarpır. 

Qanqrena formasında isə irinli təbəqə olur, orqanın başında nekrozlaşmış sahələr yaranır. 

Xəstəlik infeksion, virus, göbələk mənşəli ola bilər. 


Şəxsi gigiyenaya əməl etməyən, alt paltarını dəyişməyən, tez-tez masturbasiya edənlər, daha çox oturaq, zərərli işdə çalışanlarda, bədənində göbələk xəstəliyi olanlarda, sidik cinsiyyət sistemində tez tez ağır infeksiyalar keçirənlərdə, immun sistemi zəif olanlarda baş qaldırır. 


Eləcə də cinsiyyət üzvünün xaricdən zərbə, travma görməsi, prezervativdən allergiya, keyfiyyətsiz rezinə sürtünmə də rol oynayır.


Diaqnoz və müalicə


Diaqnoz üçün uroloq androloqa müraciət olunur, analizlər verilir. Yaxmanın mikroskopik, bakterioloji analizi aparılır. 


Müalicə əgər tez başlansa, 10 günə effekt verir. İlk öncə antibakterial dərmanlar yazılır.


 

Cinsiyyət orqanı antiseptik məhlullarla hər gün silinir, gigiyenaya ciddi əməl olunur,cinsi əlaqə bir müddət qadağan edilir. 

 


Bəlkə sizdə Balanit var? –  Kişi cinsiyyət üzvləri üçün təhlükəli əlamətlər