Cinsi yolla keçən 3 yeni infeksiya- Kişilərin qadınlara “sürprizi”, yoxsa əksinə...?

  • 29 İyul, 2019
  • 28314 Baxış
Cinsi yolla keçən 3 yeni infeksiya- Kişilərin qadınlara “sürprizi”, yoxsa əksinə...?
Ötən il alimlər və ÜST cinsi yolla ötürülən cinsi infeksiyaların sırasına bir neçə yeni mikroorqanizmləri  də daxil edib. Əslində elmdə bunlar yeni deyil, həkimlər onları bilirdi, sadəcə xəstəliklər siyahısında cinsi infeksiyalar siyahısında deyildilər və kişilərin, qadınların çoxu da bundan xəbərsiz olduğundan əlamətlər, müalicə barədə düşünmürdülər.

Medicina.az bu 3 yeni infeksiya barədə məlumatı təqdim edir.

İlk növbədə bilmək lazımdır ki, cinsi yolla keçən xəstəliklər virus, parazit və bakteriyalarla törədilir. Bu viruslar qan, selikli qişanın zədələnməsi və sperma vasitəsilə ötürülür. Hazırda bu qrupda 30 xəstəlik növü var. Ən məşhurları 8 növdür, onlardan 4-ü müalicə olunur. Bunlara sifilis, qonoreya, triximoniaz, xlamidioz aiddir. 

Digər 4-ündən isə tam müalicə müasir tibdə mümkün deyil. Bunlara QİÇS, virus papiloması, hepatit B və herpesin bir sıra növləri aiddir. 
İlkin simptomları həm qadında, həm kişidə xarakterik olmayan ağ, bulanıq və ya rəngli qoxulu axıntının axmasıdır. 

Qeyd edək ki, cinsi infeksiyaya yoluxma yolu təkcə klassik cinsi əlaqə aid edilmir, həmçinin seksin bütün növləri, oral münasibət də aiddir. 
Alimlərin siyahıya yeni daxil etdikləri xəstəliklər isə bunlardır:

1.MİKOPLAZMA

Mollikutlar adlı sinfə mənsub, nə virus kimi virusdur, nə tə tam bakteriyadır. Ən kiçik nüvəsi olmayan orqanizmdir.  Mikoplazma müəyyən aktivlikdə insan hüceyrəsini öldürür və ya onu bədxassəliyə çevirə bilər. Genitalium növü insan genital orqanlarını seçir. Hər 4-cü qız artıq dünyaya gələndə anasından mikoplzmaya yoluxur. Oğlanlar isə bu infeksiyaya daha gec və az-az yoluxur.
 
Qızlar böyudukcə mikoplazmalar azalıb itir və 17% hallarda qalır. 
Yeniyetməlik dövründə erkən cinsi həyata başlayan qızlar bu infeksiyanı daha çox yaymış olur. 
Adətən simptomsuz keçir, kəskinləşəndə qonoreyaya oxşayır. 

Bu mikroorqanizm düşüklərə, vaxtından əvvəl doğuşa və sonsuzluğa səbəb ola bilir. 
Cinsi yolla keçdiyi, müalicəsi çətin olduğu, bir çox dərmanlara resizdentliyi olduğu üçün onu da cinsi xəstəliklər siyahısına saliblar.

2.MENİNQOKOKK

Gözlənilməzdir, amma bu beyini zədələyən hesab etdiyimiz bakteriya urogenital infeksiyaya da səbəb olur. 
Məlumdur ki, 10% yaşlı insanlarda meninqokokk udlaq, burun və qırtlaqda olur. Ona görə oral cinsi seks zamanı bu bakteriyalar cinsi və sidik yollarına keçir. 

ABŞ və Avropada artıq belə yayılmalar qeydə alınıb. Biseksual və homoseksualların arasında, eləcə də daha sonra heteroseksualların da içində rast gəlinib. 
2015-ci ildə ABŞ-da qonoreya və meninqokokk ştamlarının genetik rekombinasiyasından yaranan Neisseriya növü tapılıb. Məhz bu növ insanlar arasında asan və sürətlə yayılır.

3.ŞİGELLA

Dizenteriya oyadan bu bakteriya 
insan nəcisi vasitəsilə yayılır. Hələ 1970-ci illərdə şigelleza biseksual və homoseksuallar arasında rast gəlinmişdi. Yoluxma nəticəsində dizenteriya yaranır, qarında, mədədə spazmatik ağrılar, qan və selikli diareya baş verir. 
Bu növ xəstəlik oral və anal seks zamanı yayılır. 

2000-ci illərdə şigell sonnei adlı bakteriyanın yoluxma homoseksualların gecə klubunda alovlanmışdı. Şigella daim dəyişir, dərmanlara qarşı dayanıqlı olur. Alimlər şigellanın aktiv qonoreya növünün yayılmasına səbəb olacağından ehtiyat edir. 

Profilaktika

Bu yeni növlər insanlıq normal təbii intim münasibətdən kənara çıxıb, fərqli əlaqə formaları icad edəndə yaranıb. Hansı formada seks seçirsinizsə seçin, qorunma vasitəsi yanınızda olmalıdır. Eləcə də şəxsi gigiyena qaydalarına əməl edin. Kiçik bir şübhəli əlamət olduqda isə mütləq həkimə müraciət edin.