Dünyanın ən təhlükəli 12 xəstəliyi - SİYAHI

  • 2019.05.01 14:00
  • 12716 Baxış
Dünyanın ən təhlükəli 12 xəstəliyi -  SİYAHI
Medicina.az dünyanın ən qorxulu xəstəliklərini təqdim edir.

 

1. Nəfəs yolları xəstəlikləri - Adətən ağciyərin iltihablanmasından meydana gəlir. Yavaş-yavaş insanı ölümə aparır. Belə xəstəlikdən 5 milyon insan vəfat edib.

 

2. QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromundan ildə 3 milyon adam ölür. Bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar.

 

3. İshal xəstəlikləri - Ən çox rast gəlinən Vəba və Dizenteriya kimi ishal xəstəlikləri ən çox uşaqları öldürür. 20-ci əsrin axırlarından bəri azalma müşahidə olunur.

 

4. Vərəm- Yolxucu xəstəlikdir. Dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. İldə 2 milyona yaxın adam vərəmdən dünyasını dəyişir. Xüsusi ilə siqaret çəkənlərin bu xəstəliyə tutulma riski daha yüksəkdir.

 

5. Malyariya - Ölümcül qlobal xəstəliklərdən biridir və xüsusilə Afrikada çox yayılıb. Ağcaqanadların yaratdığı bu xəstəlik müalicə olunmasa, yaşama şansı sıfıra bərabərdir. Malyariya parazitləri insanın qanına düşdükdə dövr edərək qaraciyərə düşürlər, onun hüceyrələrinə nüfuz edirlər, orada böyüyərək çoxalırlar. Bu xəstəlik dünyada  milyonlarla can alıb.

 

6. Qızılca - Kəskin yoluxucu virus xəstəliyidir. Təbii şəraitdə yalnız insanlar xəstələnirlər. 56C də virus 2-3 dəqiqəyə məhv olur. Günəş işığının təsiri və ultrabənövşəyi şüalara qarşı daha həssasdır. Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4-5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir. Peyvəndi tətbiq edilsə də, beyində iltihablanma meydana gəlir. Bu zaman ölüm riski yüksək olur.

 

7. Yuxu xəstəliyi - Yalnız tropik Afrikada görünən və çeçen ağcaqanadının sancması ilə yoluxan yuxu xəstəlikdir. İldə 500 min adamın ölümünə səbəb olmaqdadır.

 

8. Tetanus - kəskin infeksion xəstəlikdir. Törədicisi - sinir sisteminə çox güclü təsir edən ekzotoksin buraxan sporlu çöpdür. Peyvəndi olmasına baxmayaraq, ildə minlərlə insan ölür. Çox təəssüf ki, tetanusdan həyatını itirənlər ən çox uşaqlardır.

 

9. Boğmaca - Xüsusilə yeni doğulmuş körpələr bu xəstəliyə tutulurlar. "Bordetella pertussis” bakteriyasının səbəb olduğu bu xəstəlik üst tənəffüs yollarına təsir edir. Dünyada bu xəstəlikdən ildə təxminən 300 min insan həyatını itirməkdədir.

 

10. Meningit - baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyidir. Sözügedən xəstəlikdən dünyada minlərlə insan ölür.

 

11. Hepatit – Olduqca yoluxucudur. Qida və ya su istifadəsi ilə yoluxmaq mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada Hepatit B Virusundan 2 milyondan çox insan ölür.

 

12. Sifilis –  xroniki sistem yoluxucu zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi solğun treponema (treponema pallidum) yarımnövündən olan spiraxetalardır. Sifilis xroniki şəkildə keçən, bütün orqanlarda, o cümlədən dəridə, sinir sistemində yoluxma əmələ gətirən yoluxucu zöhrəvi xəstəlikdir. Bu xəstəliyin törədicisi qıvrım sapşəkilli hərəkətli solğun treponemadır. Onlar çox asanlıqla dəridə, selikli qişalarda olan kiçik zədələrdən toxumalara daxil olurlar.