"Geyinib-soyunma otağı" sindromu - Kişilərin yeni fobiyası

  • 2019.11.11 15:00
  • 6787 Baxış
 "Geyinib-soyunma otağı" sindromu -  Kişilərin yeni fobiyası

Avstraliyanın Viktoriya Universitetində
aparılan araşdırma, kişilərin paltar dəyişdiyi otaqda həmcinsləri yaxudda qarşı
cinsin yanında necə göründüklərini daha çox önəmsədiyini ortaya çıxarıb.



Medicina.az xəbər verir ki, urologiya mütəxəssisi
Dr.Serkan Deveci bildirib ki, bu sindroma görə kişilərin əksəriyyəti əzələ gücləndirici
dərmanlar istifadə edir. Lakin doktor , bu dərmanların zərərləri barədə xəbərdarlıq
edib və sinroç haqqında danışıb.


 



Sağlam həyat üçün idman edənlərin sayını
artırarkən, həm də bədən görünüşünə diqqət yetirə kişilərin bir çoxu əzələ
quruluşunu artırmaq üçün anabolizing steroid (protein tozu) istifadə edir. Bu dərmanlar
istədikləri bədən görünüşünü tez bir zamanda yaratmağa kömək etsə də, ümumi bədən
sağlamlığını pozur və qaraciyər, böyrək çatışmazlığına, həmçinin kişi
sonsuzluğuna və cinsi disfunksiyaya səbəb olur.


 


Kişilərin bir çoxu geyinib soyunma otağında
qüsursuz bədən nümayiş etdirmək istədikləri üçün bir sıra prosdurlara əl atır.
Belə ki, qarın və ya ayaq bölgəsindən yağ (liposuction) cinsiyyət orqanının dərisi
altına enjektə edilir. Bu da geniş
görünüşlü cinsiyyət orqanına sahib olmağa imkan verir. Ancaq həmin hissəyə
yeridilmiş yağ qalıcı deyil və bədən tərəfindən yenidən əmilmir.



Bundan əlavə bu yağların cinsiyyət orqanının böyüklüyünə
və ereksiyaya heç bir köməyi yoxdur. Qeyd edək ki, bu xəstələrin əksəriyyətinin cərrahi
deyil, psixiatrik dəstəyə ehtiyacı var. Əməliyyatı yalnız seçilmiş xəstə
qrupundakı psixiatriya dəstəyi ilə mütəxəssis uroloqlar etməlidir.


 "Geyinib-soyunma otağı" sindromu -  Kişilərin yeni fobiyası
 "Geyinib-soyunma otağı" sindromu -  Kişilərin yeni fobiyası