Hacı Mazan əməliyyat olunacaq - HƏKİMLƏRDƏN TƏCİLİ QƏRAR

  • 03 İyul, 2019
  • 8067 Baxış
 Hacı Mazan əməliyyat olunacaq - HƏKİMLƏRDƏN TƏCİLİ QƏRAR
Dünən Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun səhhəti ilə bağlı yeni xəbər var.
 

Hacı Mazanın hazırda reanimasiyada müalicə altındadır. Bu barədə medicina.az-a Tibb Universitetinin Tədris-Cərrahiyə Korpusundanməlumat verilib.
 
Bildirilir ki, iş adamın səhhəti hazırda stabildir və heç bir həyati təhlükəsi yoxdur. Lakin onun bədənindəki ağır sınıqları bərpa etmək üçün hökmən əməliyyata ehtiyacı var.
 
Əldə olunan məlumata görə, hazırda həkimlər Hacı Mazanı əməliyyata hazırlayırlar və o, gün ərzində əməliyyat masasına yatırılacaq.
 
 
Qeyd edək ki, Hacı Mazan dünən Bakı istiqamətində hərəkətdə olarkən lüks maşınının təkəri partlamış və maşın yoldan çıxmışdı. Nəticədə qarşıdan gələn MAN markalı yük maşını ilə toqquşmuşdu. İş adamı bədənindəki çox saylı sınıq və kəllə beyin travması diaqnozu ilə ən yaxın xəstəxanaya - Biləsuvar Mərkəzi rayon Xəstəxanasına aparılmış, orada ilkin tibbi müdaxilələrdən sonra xüsusi təcili yardım maşını ilə dərhal Bakıya göndərilmişdi.