Hansı xəstəliklər korluğa səbəb olur? – Əlaməti gözlərdən başlamır

  • 2019.11.18 17:29
  • 8745 Baxış
Hansı xəstəliklər korluğa səbəb olur? –   Əlaməti gözlərdən başlamır
13 noyabr tarixi Beynəlxalq gözdən əlillər günü idi. Dünya Səhiyyə təşkilatı fransız pedaqoqu, sağlığında görmə əngəlli uşaqlar üçün öz hesabına məktəb açan Valentin Qayunun şərəfinə bu günü təsis edib. 


Hazırda müasir tibb göz xəstəlikləri ilə yüksək səviyyədə mübarizə aparır, amma hələ də, insanlar gözə aid olmayan digər xəstəliklərin korluq yaradacağını bilmir. Təhlükə heç gözləmədiyiniz yerdən gələ bilər.


Medicina.az daha çox korluğa səbəb olan başqa xəstəlikləri təqdim edir, hansı ki, əlamətləri heç gözlərdən başlamır.


1.Şəkərli diabet


Dünyada korluğa səbəb olan xəstəliklər içərisində birincidir. Diabetik retinopatiya insan şəkər diaqnozu qoyulduqdan 5-10 il sonra başlayır, gözlərin ən incə sinirləri, damarları sıradan çıxır, 90% xəstələr 20 il sonra korluqla üz-üzə qalır.


Müalicə endokrinoloq və retinopatiya üzrə mütəxəssis tərəfindən birgə aparılır. Qanda şəkərin səviyyəsi nə qədər çox olsa gözlər bir o qədər zərər çəkir. 

Artıq katarakta və gözlərə qansızma çox olduqda, əməliyyat edilir.


2.Qlaukoma


Hələ də, müalicəsi tapılmayan bu göz xəstəliyi illərlə özünü biruzə vermədən, heç bir əlamət göstərmədən keçir. Xəstə artıq gecikmiş mərhələdə həkimə gedir. Qlaukoma zamanı gözdaxili təzyiq yüksəlir, görmə sinirləri ölür.


35 yaşdan sonra risk artır, yeganə profilaktika odtalmoloqdan ildə 1 dəfə keçməkdir. Gözdibi təzyiq varsa, xüsusi damcılar yazılır. Bəzi hallarda lazerlə müalicə olunur. Amma yenə də təhlükə qalır. Bunları etmədikdə isə göz sürətlə zəifləyir. 


Bu gün 10-20 ildir qlaukoma diaqnozu olsa da müalicə ilə hələ də görmələrini qoruya bilib, normal yaşayırlar.



3.Atrofiya


Görmə sinirinin atrofiyası sinir hüceyrələrinin geridönməz ölməsidir. Göz xəstəliklərinin ən ağırıdır, səbəbi bilinmir, müalicəsi yoxdur. Amma Azərbaycanda bu xəstəliyi müalicə edən həkim və mərkəz var. Bu barədə saytımızda məlumat verilib. 


Əgər atrofiya hissəvidirsə sağ qalmış siniri xilas etmək olar. 

Eləcə də atrofiya zamanı gözün orbitinə elektrostimulyator qoyula bilər. Bu aparatla bir neçə il yaşamaq mümkündür. 

 



4.Onkoloji xəstəliklər


Bir çox onkoloji şişlər, eləcə də retinoblastoma adlı göz xərçəngi korluğa səbəb olur. Retinoblastima yenidoğulmuşun ilk aylarında və ya ilk ilində yaranır və heç bir əlamətlə özünü göstərmir. Yalnız uşağın fotosunda gözlərdə göz bəbəyinin yaşıla çalan işıldamasını görmək olur. Bunu gördükdə, mütləq oftalmoloqa müraciət olunmalıdır. Nə qədər tez aşkarlansa, gözü xilas etmək olar. Müalicə olmadıqda, şiş beyin və digər orqanlara metastaz verib, 1-3 il ərzində ölüm verir.


5.Melanoma


Ən ağır dəri xərçəngidir. Bu xəstəlik gözdə də olan melanini zədələyə bilər. Şiş bəbəkdə yaranır, skleranı əhayə edir. Gözün ağında piqment ləkələr və nöqtələr kimi görünür. Bundan da heç kim şübhələnmir. Bu xəstəlik sürətlə irəliləyir, qısa müddətdə korluq və ölüm verə bilər. Yeganə yolu gözü əməliyyat etməkdir.

 

 




Hansı xəstəliklər korluğa səbəb olur? –   Əlaməti gözlərdən başlamır
Hansı xəstəliklər korluğa səbəb olur? –   Əlaməti gözlərdən başlamır
Hansı xəstəliklər korluğa səbəb olur? –   Əlaməti gözlərdən başlamır