İnsanı öz bədənindən utandırdan xroniki dermatit - Reseptlər

  • 2018.12.25 21:24
  • 10188 Baxış
İnsanı öz bədənindən utandırdan xroniki dermatit -  Reseptlər

Səhiyyə təşkilatlarının statistikasına görə, dermatit xəstəliyinə tutulanların 52%-i depressiyaya düşür, 50%-i adam çox olan yerlərə getmək istəmir, 36% -in özünə güvəni itir. 


Bu xəstəliyin dərman müalicəsi ilə yanaşı xəstə özünə hipoallergen geyim seçməli, daim xüsusi mazlar, kremlər çəkməli, qaşınmamaqdan özünü saxlamaq üçün yollar düşünməlidir. Çünki qaşımaq izləri çox təhlükəlidir, ordan ikincili infeksiya başlaya bilər. 


Medicina.az xəbər verir ki,  çox zaman insan həyatını belə məhv edən ən depressiv dəri xəstəliklərindən olan atopik dermatitin yaranma səbəbləri tam və dəqiq məlum deyil. Bu xəstəlik autoimmun xəstəlik olub, dərinin sistemli iltihabıdır. Dəridə olan qaşıntı, səpki xəstəliyin üzə çıxan tərəfidir. Problem dərindədir. Bu bir genetik xəstəlikdir, çox zaman ölkədən, iqlimdən asılı olaraq yayılır. 


Müalicəsi üçün yeni nəsil qlükokortikosteroidlər dərmanlar tətbiq olunur. Qalan müalicə dəriyə qulluq, gigiyena, səbrdir. Xəstə həyatını bu xəstəliyin kaprizinə uyğun qurur. 


ABŞ və Avropada bu xəstəliklə mübarizə aparan insanların cəmiyyətdə narahatlığını azaltmaq üçün çox işlər görülür, bu məsələyə həssas yanaşılır, xüsusi cəmiyyətlər yaradılır, pasiyentləri dəstəkləyirlər. 


Dermatit əslində uşaq xəstəliyi hesab olunur, amma bu böyüklərdə də rast gəlinir. 

Bir çox xəstələr müəyyən müddət acqalma və bağırsaqların yuyulması kimi metodlarla xəstəliyin kəskinləşməsinin qarşısını aldıqlarını deyiblər



 


Xalq təbabəti


Qaşıntını azaltmaq, dərini sakitləşdirmək üçün çay sodası ilə vanna etmək olar.

Vannadan sonra dəriyə uşaq kremi çəkin.


Belə xəstələrin dəriləri daim yumşaq, nəm olmalıdır ki, qurumasın. Bunun üçün kimyəvi kremlər əvəzinə təmiz, birinci soyuq sıxma qara zirə, zeytun, badam yağlarından istifadə edə bilərsiz. 

İnsanı öz bədənindən utandırdan xroniki dermatit -  Reseptlər