«İnsanlar xərçəngə «immunitet»i itiriblər» – Alimlər iddia edirlər

  • 2019.11.11 13:00
  • 4008 Baxış
«İnsanlar xərçəngə «immunitet»i itiriblər» –  Alimlər iddia edirlər

Tədqqiqatçılar bu fikirdədirlər ki, qədim insanların həyat tərzi onları onkoloji xəstəliklərdən qoruyub. Müasir dünyada isə xərçəng xəstələrinin sayı fövqəladə səviyyədə artıb. Təbabətçilər həm də uşaqlar arasında xərçəng xəstəliklərinin yüksək səviyyəsini qeyd edirlər.


Xərçəng insanları ən müxtəlif səbəblərdən dolayı «yesə» də qədim insanda bu xəstəlik böyük hesabla, anomaliya sayıla bilərmiş. Bu arada, son üç yüzillikdə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə insalar əsas etibarilə, bəd xassəli şişlərdən ölüblər. Xərçəngin inkişafına pis ekologiya, düzgün olmayan qidalanma, hipodinamiya səbəb olur. Risk qrupuna stresslə zədələnmiş və artıq çəkidən əziyyət çəkən, yuxuusu plzulmuş, siqaret çəkən və alkoqollu içkilər içən insanlar daxildirlər.


Məlumatlara görə, ötən il dünyada 9,6 milyon insan onkoloji xəstəliklərdən ölüb, 17 milyon insana isə bu diaqnoz qoyulub. Harvardda hesab edirlər ki, fatal nəticəni 75 faiz onkoloji xəstələrdə erkən skrininqlə və həm də sağlam adətlərin və fiziki aktivliyin köməyi ilə aradan qaldırmaq olarmış. Sonuncu məsələdə, qədim dövrlərdə yaşamış insanların həyat tərzindən nümunə götürmək pis olmazdı.