Karpal tunel sindromunun əməliyyatsız müalicəsi var – Tanınmış ağrı mütəxəssisindən AÇIQLAMA

  • 2019.11.13 21:06
  • 27642 Baxış
Karpal tunel sindromunun əməliyyatsız müalicəsi var –  Tanınmış ağrı mütəxəssisindən AÇIQLAMA


Karpal tunel sindromu əl və ovucda yaranıb, median sinirin sıxılması nəticəsində 3 barmağın keyiməsi, ağrı, gücsüzlüklə müşayiət olunan xəstəlikdir. Sindrom  birincili və ikincili olur. Çox zaman xəstələr diaqnoz qoyulan kimi əməliyyatsız müalicənin mümkünlüyünü araşdırmadan, bilmədən, birbaşa əməliyyata üz tutur. 


Medicina.az xəbər verir ki, Azərbaycanda da çox rast gəlinən bu sindromun əməliyyatsız da müalicə imkanları var. Bunun üçün elektromiqorafiya olunur, bəzi testlər aparılır, diaqnoz təsdiqləndikdən sonra ağrı mütəxəssisi tərəfindən xüsusi inyeksiyalar vurulur.


Bakıda ilk Ağrı Mərkəzinin təsisiçisi,  CİPS və ETT sertifikatlı alqoloq Zülfüqar Yusifov karpal tunel sindromunun əməliyyatsız müalicə metodikası barədə məlumat verib.


"Bu xəstəlik tunel neyropatiyaları qisminə. Daha çox hallarda iş, peşə baxımından – yazı işi, komputerdə çalışanlar, rəssamlar, ustalarda rast gəlinir. Eləcə də iltihabi xəstəliyi olan pasiyentlərdə bilək oynaqlarında ödem yaranır, istər-istəməz əldə də maye yığılır, sıxılma baş verir. Belə durumlarda xəstəni əməliyyat etmək çox yanlışdır. Orqanizmində yanaşı ciddi iltihabi xəstəlik varsa, ilk  onu müalicə etmək lazımdır. Ağrını kəsmək üçünsə USM altında damarı, siniri zədələmədən steroid inyeksiya edirik. Bizim çoxsaylı xəstələrimiz vardır ki, inyeksiyanı etdikdən sonra düzəliblər, heç bir əməliyyata da ehtiyac qalmayıb”.  


Karpal tunel sindromundan həkimlərin taktikası fərqli ola bilər. Travmatoloqlar təbii ki, əməliyyatı  təklif edə bilər. Tibdə isə qanun budur ki, həmişə asandan çətinə, yumşaqdan sərtə getmək lazımdır. Cərrahi əməliyyat da ehtiyatda var, lazım ola bilər. Əgər xəstəyə bizim metodlar kömək etməsə, əməliyyat lazım ola bilər. Bəzən əməliyyat olunmuş xəstələr də olub ki, çapıq toxuması ağırlaşıb, yenidən biz ona inyeksiya, fizioterapiya etmişik. Karpal tunel sindromunun müalicəsi var, elə ötən həftə həkim həmkarımızın hər iki əlində olan bu problemi həll etdik. 


Ağrı mərkəzində karpal tunel sindromunun müalicəsini müasir səviyyədə edirik. Birincisi USM altında steroid inyeksiyası olunur, ikinci üsul median sinirin stimulyasiyasıdır, bir də lazım gələrsə, qısa müddət fizioterapiya təyin edilir”.  


Əgər karpal tunel sindromuna şübhə varsa, cərrahi əməliyyata tələsməyin, müalicə metodlarını sınayın


Ağrı Mərkəzi

Həkimlə əlaqə:

050 346 47 72

 

 


Karpal tunel sindromunun əməliyyatsız müalicəsi var –  Tanınmış ağrı mütəxəssisindən AÇIQLAMA