Keçmiş nazir Fazil Məmmədovun səhhəti niyə pisləşdi? – YAXINLARINDAN AÇIQLAMA

  • 2019.06.26 12:18
  • 12152 Baxış
Keçmiş nazir Fazil Məmmədovun səhhəti niyə pisləşdi?  – YAXINLARINDAN AÇIQLAMA
 

Sabiq Vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşib. 


Medicina.az xəbər verir ki, keçmiş nazir müalicə almaq üçün təcili şəkildə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Yerli mətbuatın xəbərinə görə, F.Məmmədovun səhhətindəki problem o qədər ciddidir ki, o, yaxın saatlarda əməliyyat oluna bilər. 


Türkiyədə yaxın zamanlarda müalicə olunaraq ölkəyə qayıdan sabiq nazirin qohumları isə Medicina.az-a bildirib ki, əslində, F.Məmmədovun səhhətindəki problem mətbuatda yazıldığı qədər ciddi deyil. Bildirilir ki, keçmiş nazirin səhhətində mütəmadi bu problem yaranır. 


Kəskin pankreatit xəstəliyi səbəbindən tez-tez iltihab yaranır. Bu müalicə prosedurları isə daxili orqanlarda yaranan həmin iltihabın çəkilib təmizlənməsi üçündür: "Əslində, o qədər də ciddi və təhlükəli bir vəziyyət yoxdur. Fazil müəllim son bir neçə ayda mütəmadi bu proseduranı keçir” – deyə, mənbə bildirib.