Məşhur müğənni illərlə xəstəliyini hər kəsdən gizlədib

  • 05 Sentyabr, 2019
  • 8052 Baxış
Məşhur müğənni illərlə xəstəliyini hər kəsdən gizlədib
Türkiyəli müğənni Sertap Erener ötən gün İstanbulda konsert verib. Medicina.az xəbər verir ki, o, səhnədə olarkən illərlə hər kəsdən xəstəliyini gizlətdiyini bildirib:

"Sakin ol” albomunun fotoları çəkilirdi. İllərlə kolit xəstəliyindən (yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi – red.) əziyyət çəkdim. Xəstəxanadan çıxıb çəkilişlərə getdim. Müxtəlif xəstəxanalarda müalicə aldım, amma sağalmadım. Sonda Amerikada yoğun bağırsağımı çıxardılar. Hazırda nazik bağırsaqla yaşayıram, ona görə də sağlamlığıma diqqət edirəm”.