Miqren nədir, ondan necə xilas olaq?

  • 2019.05.12 13:15
  • 6952 Baxış
Miqren nədir, ondan necə xilas olaq?

Miqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanı ağrılar əsəsən başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə müşayiət olunur.


Medicina.az xəbər verir ki, bəzi hallarda miqren zamanı görmə pozğunluğu, iflic kimi hallar da qeydə alınır. Miqren ağrıları dözülməz olur və bəzən saatlar və günlərlə davam edə bilir. Miqrenin müalicəsi ilə daha çox nevropatoloqlar məşğul olurlar və müalicə prosesində individual yanaşma seçilir.


Miqrenin əlamətləri hansılardır?


Miqren tutmaları zamanı bu əlamətlərin hamısı və ya onlardan bir neçəsi rast gəlinir:


- Mülayimdən kəskinə qədər ola bilən və başın bir yarısını tutan ağrılar;


- Döyüntülərlə xarakterizə edilən baş ağrıları;


- Fiziki hərəkət zamanı ağrıların daha da kəskinləşməsi;


- Ürəbulanma;


- Qusma;


- İşığa və səsə qarşı həssalıq.


Əgər müalicə edilmirsə…


Miqren 4 saatdan 72 saata qədər davam edə bilir. Baş ağrılarının tutma tezliyi insandan-insana fərqli ola bilir. Bəzən miqren tutmaları bir ayda bir neçə dəfə, bəzənsə iki ildə bir dəfə olur. Bütün miqren halları oxşar gedişə malik deyil. Əksər hallarda miqren aursız baş verir ki, bunu da adi miqren adlandırırlar. Aura ilə baş verən miqren isə klassik miqren adlandırılır. Bu zaman tutmadan 15-30 dəqiqə öncə bu və ya digər aura başlayır. Auralar baş ağrısı zamanı da davam edə bilər. Adətən aşağıdakı auralar qeyd edilir:


- Göz qarşısında qığılcımlar;


- Göz önündə yavaş-yavaş yayılan ləkələr;


- Ovuc və ya pəncədə iynə batırılmasını xatırladan hisslər;


- Bəzən dil və ya danışıq problemləri.