Nikaha daxil olmaq istəyən 12 nəfərdə QİÇS aşkarlanıb

  • 2019.07.04 15:17
  • 3712 Baxış
Nikaha daxil olmaq istəyən 12 nəfərdə QİÇS aşkarlanıb
İyun ayında nikaha daxil olmaq üçün 13063 nəfər müayinədən keçib.  medicina.az xəbər verir ki, bu barədə Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O bildirib ki, müayinədən keçənlər arasında 213 nəfərdə talassemiya daşıyıcılığı, 12  nəfərdə sifilis, 12 nəfərdə QİÇS xəstəliyi aşkar olunub: "Müayinələr nəticəsində hər ikisində talassemiya daşıyıcılığı olan iki cütlük  aşkarlanıb”. Z.Əlirmirzəyeva qeyd edib ki, 2015-ci ildən bu günə qədər nikaha daxil olmaq istəyən 568163 nəfər müayinədən keçib: "Müayinələrdən keçən 198048 nəfərdə talassemiya daşıyıcılığı, 1801 nəfərdə sifilis, 512 nəfərdə isə QİÇS xəstəliyi aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan 212 cütlük müəyyən olunub. Amma bu  212 ailədə talassemiyalı uşaqlar doğulmur. Hamiləliyin 12-18 həftəliyində dölün molekulyar-genetik müayinəsi aparılır. Əgər xəstəlik aşkarlanarsa, uşaq tibbi abort yolu ilə götürülür. Yəni, bu ailələrdə xəstə uşaq doğulma riski yoxdur”. (APA)