Qalxanvari vəzin xərçənginin 10 əlaməti – Kişilərdə də olur

  • 2019.09.03 15:53
  • 9971 Baxış
Qalxanvari vəzin xərçənginin 10 əlaməti –  Kişilərdə də olur
Qalxanvari vəz (triod) xərçəngi boğazda  vəzin hüceyrələrinin anomal böyüməsidir. 

Çox gizli başlayır, zobla, düyünlə səhv salına bilir, insanı arxayın edir və qəfildən üzə çıxır.


Qadınlarda olduğu kimi, kişilərdə də çox yayılıb


Son zamanlar Azərbaycanda da qalxanvari vəzin şişləri çox tapıldığından, medicina.az insanları vaxtında problemi aşkarlaması üçün, ilk 10 əlaməti təqdim edir.


1.Udlaq, boğazda düyün hissi, əllə düyünün hiss olunması və o nahiyədə ağrı

2.Boyunda və döş qəfəsində limfa düyünlərinin böyüməsi və müalicələrə baxmayaraq kiçilməməsi

3.Öskürək və xırıltı, səsin batması, dəyişməsi


4.Təngnəfəslik, dərindən nəfəs ala bilməmək, boğazda sıxıntı

5.Udmada çətinlik, yemək yeyərkən diskomfort, xüsusən quru qidaların keçməsində çətinlik

6.Döş qəfəsi və qarının yuxarısına yayılan ağrılar


7.Yorğunluq, gücsüzlük, halsızlıq

8.Boğulmalar

9.Kəskin arıqlama

10.Həzm pozulması, qəbizlik


Diaqnostika üçün ilk növbədə terapevtə gedərək yoxlanılır, qalxanvari vəzi USM olunur və ya KT edilir, qan və hormonal analiz verilir.