Qarında nəbz kimi döyüntü və səbəbsiz ağrılar – Bu xəstəlikdən şübhələnin

  • 2019.10.01 20:26
  • 31688 Baxış
Qarında nəbz kimi döyüntü və səbəbsiz ağrılar –  Bu xəstəlikdən şübhələnin
Qarın boşluğunda pulsasiya, yəni nəbz, ürək döyüntüsü kimi atma hissi və narahatlıq hətta sağlam insanlarda da rast gəlinə bilir. 

Bu yeməkdən sonra və ya narahat pozada uzun müddət yatdıqda, əyləşdikdə olur. Amma eyni zamanda qarının həmişə eyni hissəsində döyüntü və sızıltı damar problemi ola bilər. Qarın boşluğunda olan aortanın anevrizması zamanı məhz bu simptom olur. 


Medicina.az qarın aortası anevrizmasının səbəb və əlamətlərini təqdim edir.

Bu simptom daha çox yaşlı insanlarda orqanizmin qocalması ilə bağlı  yaranır. 


Arıq və normal çəkili insanlarda daha çox hiss olunur, nəinki aşırı kök.

Qarında nəbz kimi döyüntü köp, zəhərlənmə, xroniki bağırsaq xəstəlikləri, çox yağlı yedikdə, həzm pozulmalarında da ola bilər. 

Əgər döyüntü bu hallar olmadıqda da tez-tez baş verirsə, deməli, ürək damar sistemi, damar patologiyasından şübhələnmək lazımdır. 


Aortanın anevrizması


Çox təhlükəli diaqnozlardan biridir.  Aorta insan bədənində ən iri arteriyadır. Onun ən kiçik zədələnməsi belə ölüm deməkdir. 

Anevrizma zamanı qanın təzyiqindən və damarın zədələnməsində damar zəifləyir, genişlənir, şişir və bir gün yırtıla bilər. Bu da daxili qanaxma verir və xəstə bir neçə saata ölə bilər. 


Arteriyalara qanı təbii ki, ürək qovur, aortada genişlənmə, şişmə varsa, qanın vurğusu daha çox döyüntü ilə hiss olunur. 


Əgər həkim qarını əlləri ilə yoxlayanda müəyyən nöqtədə döyünən şişkinlik hiss edəcəksə, o deməkdir ki, anevrizmanın ölçüsü 3-4 sm-i keçib. 

Başqa heç bir əlamət olmadığı üçün, xəstə yeyib içib gəzdiyi üçün həkimə getmir və buna fikir vermir, illərlə anevrizma bombası ilə yaşayır.

Amma bəzən qarından qasığa yayılan ağrı, güclü ağrı, sancı, tutmalar ola bilər. Eləcə də mədədə ağırlıq, ürəkbulanma, qusma, iştahsızlıq, ürəkdə narahatlıq yanaşı olaraq olur.

 



Kimlər risk altındadır


Kişilər qadınlara nisbətən risk altındadır

Yaş həddi 50-70

Siqaret, alkoqol

Ürək-damar xəstəlikləri

İrsi genetik amillər

Ürək damar problemləri

Yüksək təzyiq

İnfeksion xəstəliklər


Hara getməli?



  • İlk növbədə qarın boşluğu USM olunmalıdır

  • Daha sonra dopleroqrafiya

  • Angioqrafiya

  • KT 


 

Müalicə:


Bu problemi heç bir dərman müalicə etmir. Yeganə metod əməliyyatdır. Endovaskulyar yəni kəsiksiz damardan girilərək invaziv radioloq həkim anevrizma olan hissəyə stent qraft yerləşdirir. 

Kiçik anevrizmalar əməliyyat edilmir, ildə 1 dəfə müayinə olunur. 

 


 


Qarında nəbz kimi döyüntü və səbəbsiz ağrılar –  Bu xəstəlikdən şübhələnin
Qarında nəbz kimi döyüntü və səbəbsiz ağrılar –  Bu xəstəlikdən şübhələnin