Quduzluq nədir? - Səbəbi, əlamətləri, müalicəsi

  • 2019.11.05 12:01
  • 36245 Baxış
Quduzluq nədir? -  Səbəbi, əlamətləri, müalicəsi

Quduzlu ağır infeksion xəstəlik hesab edilir. Quduzluq xəstəliyinə
tutulmuş pişik, it və vəhşi heyvanların dişlənməsindən sonra keçir.
Quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur və əksər
hallarda ölümlə nəticələnir.
 


 


 


Medicina.az xəbər verir ki, xəstəlik insanlara 60 % hallarda it dişləməsindən sonra
keçir. Və əksər hallarda dişlənmə vaxtında itlərdə xəstəliyin
əlamətləri olmur. 



Bu xəstəliyin profilaktikasında əsas
məsələ heyvan dişləməsindən sonra dərhal yaranın yuyulması,
təmizlənməsi, sonra isə zərərçəkənin həkim- infeksionistə gətirilməsi və
təcili sürətdə quduzluq əleyhinə vaksinin vurulmasından ibarətdir.
Xəstəliyin ilkin əlamətləri görünməyə başladığı andan artıq vaksin
vurulmanın əhəmiyyəti itir və xəstə ölümə məhkum olur. 


 


 



Quduzluq əsasən keçir:


itlər, pişiklər, porsuqlar, tülkülər (virusun təbiətdə əsas rezervuarı tülkülər hesab olunur),
çaqqallar, canavarlar, yenotlar və
yarasalardır. 



Quduzluq xəstəliyinin törədicisi Neuroiyctes rabid adlanan virusdur.  Quduzluğa
yoluxmuş heyvanlarda xəstəliyin inkişafı 3 mərhələdən ibarət olur:
xəstəliyin ilkin mərhələsində heyvanlar gizlənirlər, insanlardan
qaçırlar, bəzən isə digər heyvanları və insanları yalamaq istəyirlər.
İkinci mərhələdə heyvan qıcıqlanmış olur, gördüyü əşyalara, insanlara,
heyvanlara hücum edirlər. Son mərhələdə isə heyvan hərəkət etmir, komaya
düşür və ölür.


 



Virus insan orqanizminə 2 yolla düşə
bilər:


 


 


-quduz heyvanın dişləməsi nəticəsində


-xəstəliyə yoluxmuş
heyvanın ağız suyunun insanda olan açıq yaraya dəyməsi nəticəsində



İnsan
orqanizminə düşmüş quduzluq virusları sinirlər vasitəsilə mərkəzi sinir
sisteminə doğru hərəkət edir, artıb çoxalır və mərkəzi sinir sistemini
məhv edir. İnsanlarda xəstəlik xəstə heyvan
dişləməsindən dərhal sonra başlamır. Xəstəliyin bir neçə gündən
başlamış, bəzən 3-4 aya qədər davam edən inkubasion (simptomsuz,
əlamətsiz) dövrü var. Xəstəliyin inkubasiya dövrünün uzunluğu heyvanın
insanı dişlənmə nahiyəsindən asılıdır. Dişlənmə nahiyəsi nə
qədər mərtkəzi sinir sistemini yaxındırsa, xəstəliyin inkubasion dövrü
bir o qədər qısa olur. 


 


 

Xəstəliyin insanlıarda inkişafının 3 mərhələsi var:


1- ci mərhələ depressiya


2- ci mərhələ psixomotor oyanma, qıcıqlanma


3- cü mərhələ paralic, koma. Bu mərhələ ölümlə nəticələnir



Xəstəlik
inkişaf etməyə başlayanda ilk öncə yarada qızarma, narahatlıq yaranır.
Daha sonra bədən hərarəti bir qədər yüksəlir, depressiv hal müşahidə
olunur. Yuxu pozulur, xəstə qorxulu yuxular görür. Xəstəliyin ikinci
mərhələsi xəstələrin sudan, işıqdan qorxması ilə başlayır. Xəstələr su
içmək istəyəndə boğazlarında spazm olur, panika başlayır. Xəstələr
işıqdan, səsdən dəhşətli qorxurlar, qıcolmalar olur. Xəstələr öz
paltarlarını cırırlar, ətrafdakılara hücum etməyə çalışırlar, dişləməyə
can atırlar, idarəedilməz olurlar. Son mərhələdə xəstə hərəkətsizləşir,
bədən hərarəti 40 dərəcəyə qədər qalxır, ürək və tənəffüs dayanmasından
xəstələr ölür. 



Xəstəliyin aktiv əlamətlərinin
başladığı 5-8 gün ərzində xəstələr ölür. Uşaqlarda isə xəstəlik daha
sürətli inkişaf edir, bəzən bir gün ərzində ölürlər. 



Heyvan dişləyən zaman nə etməli? 



İlk
olaraq, təcili yaranı çoxlu miqdarda su ilə, sabunla yumaq, yaranı
sıxıb qan çıxartmaq lazımndır. Yaranı 70%- li spirtlə yumaq lazımdır.
Təcili olaraq həkimə (yaxşı olar infeksionistə) müraciət edib, quduzluq
əleyhinə vaksin vurulmalı, sxem üzrə vaksinin vurulması sonrakı günlərdə
də davam etdirilməlidir.



Əgər həkim 3 dəfə müəyyən
fasilələrlə gəlib, vaksin vurdurmağı bildirirsə, halınızda heç bir
dəyişiklik olmasa belə, vaksin tələbinə əməl edib, deyilən vaxt növbəti
dozanı almalısız. Siz 1 ay özünüzü yaxşı hiss edib, 2-ci aydan sonra
qəfildən dəyişə bilərsiz.


Quduzluq nədir? -  Səbəbi, əlamətləri, müalicəsi
Quduzluq nədir? -  Səbəbi, əlamətləri, müalicəsi
Quduzluq nədir? -  Səbəbi, əlamətləri, müalicəsi