Sidikdə qan görünərsə - Nəyin əlamətidir?

  • 2019.10.04 18:58
  • 13605 Baxış
Sidikdə qan görünərsə -  Nəyin əlamətidir?

Sidikdə qan tibdə hematuriya adlanır. Bu artıq sidik sisteminin xəstəliklərinə işarədir. Statistikaya görə, daha çox qadınlarda rast gəlinir. Bunun da səbəbi anatomik quruluşdadır, qadın sidik sistemi daha çox infeksiyalara məruz qalır. 


Medicina.az sidikdə qanın səbəbləri, hansı hallarda təcili həkimə getməli olduğunuzu təqdim edir


Hansı səbəbdən sidikdə qan olur?


Bu o halda baş verir ki, sidik sisteminə daxil olan orqanların birində: sidik kisəsi, sidik yolları, böyrəklərdə hansısa sahə müxtəlif agentlər tərəfindən zədələnsin. 


Eləcə də yalançı hematuriya olur, hansı ki, əsas səbəb sidik orqanları yox, cinsiyyət orqanları, uşaqlıq, yumurtalıq, qonşu orqanlarda olur.


Kliniki tibbdə hematuriyanın 2 növü var:


-Masroskopik – insan öz gözü ilə asanlıqla sidikdə qanı, izlərini görür, sidiyin rəngi dəyişir, çəhrayı və ya qəhvəyi olur.

-Mikroskopik – Sidikdə qan yalnız analizlərlə təyin olunur. İnsan özü heç nə görmür.


Birinci səbəb infeksiyadır:


Sidik ifrazat orqanlarının və yollarının infeksiyası səbəbindən insanlar, xüsusən qadınlar bütün ömürləri boyu 4-5dəfə hematuriya ilə üz-üzə qalırlar. 

Hətta infeksiya bağırsaqdan keçib uretranı zədələyə bilər


Simptomları: 


-tez-tez ağrılı sidiyə getmə

-Qaşınma, yanma, göynəmə

-Sidiyin rəngi və qoxusunun pisləşməsi

-Çanaq, qasıq və beldə ağrılar


İnfeksiya vaxtında aşkar olunmadıqda infeksiya irəliləyir, xronikləşir, ağırlaşmalar verə bilir.


Böyrəkdə daş olduqda


Duz, kristal, çöküntü, daşlar da selikli qişanı zədələyib, qanamaya səbəb ola bilir. 

Sidikdə müntəzəm, intensiv qan görülməsi vəziyyətin ciddi olmasından xəbər verir: ya böyük sahə zədələnib, ya da daş, qum çoxdur, iridir.


Digər səbəblər:


-Orqanizmin susuzlaşması

-Duzdan çox istifadə

-Kron və kolit xəstəliyi

-Endokrin sistemdə xəstəliklər

-Diabet

-Aşırı köklük

-Qadınlarda uşaqlığın endometriozu

-Onkoloji patologiyalar – Nəinki böyrəklərdə, sidik kisəsi, prostatda, həmçinin bağırsaq, qaraciyər, uşaqlıq və s. şişlərdə də sidiyə qan verə bilər


Diaqnoz üçün:


Uroloqa gedib, birinci sidik sistemini yoxladırsız. Qadınlar isə yanaşı ginekoloqa da getməlidir. USM, KT, analizlər, lazım gələrsə bağırsaqların müayinəsi təyin edilir. 


Sidikdə və qanda zülalın miqdarına fikir verilir. 


Hətta cəmi bir dəfə sidikdə qan gördünüzsə, sonra olmasa da bu simptomu unutmayın və tibbi müayinə olunun. Çünki xəstəlik bir dəfə siqnal verib, sonradan gizlənə bilər. 


Əgər sidikdə qanla yanaşı ağrı, qəbizlik, diareya, hərarət, titrəmə, halsızlıq, arıqlama, kəskin qoxu varsa mütləq həkimlərə müraciət olunmalıdır.

Burda vaxt itkisi xəstənin ziyanınadır

 


 


Sidikdə qan görünərsə -  Nəyin əlamətidir?