Subfebril hərarət: 37, 5- Termometrdəki ən qorxulu rəqəmin sirri

  • 19 Avqust, 2019
  • 15133 Baxış
Subfebril hərarət: 37, 5-  Termometrdəki ən qorxulu rəqəmin sirri
Subfebril hərarət termometrdə bədən temperaturunun 37,2- 37,5 arasında göstəricisidir. 

Sağlam insanın hərarəti normada 36-36,5 aralığında olmalıdır. Amma bəzi səbəblərdən 37-ə qalxa bilər. Əgər ara-sıra bu hərarət görülürsə, narahat olmağa dəyməz.
Yox əgər qolaltı ölçmədə subfebril hərarət 1 həftə və daha artıq müddət müşahidə olunusa, bu sizdə ciddi bir simptomların göstəricisi ola bilər.
Adətən həkimləri də bu rəqəmlər narahat edir. Çünki ən ağır onkoloji xəstəliklər, leykozda adətən bu rəqəm görülür. Amma dərhal belə dianozu da düşünmək olmaz. Çünki subfebril hərarət müxtəlif infeksiya, virus və daxili xəstəliklərdə, hormonal dəyişikliklərdə də yaranır

Medicina.az 37,5 subfebril hərarətin uzun müddətli yaranmasının səbəblərini təqdim edir

1. Qrip, respirator infeksiyalar

Ola bilər virus elə də ciddi əlamətlər verməsin, boğazda, burunda axıntı olmasın, lakin subfebril hərarət olsun. Bu, orqanizmin virusla mübarizəsini göstərir. Belə olan halda 3-4 gündən artıq bu hərarət dacam etmir. 

2.Sidik yollarının infeksiyası

Yanma, tez-tez sidiyə getmə, az sidik və ağrı sidik yolları, sidik kisəsi, hətta böyrəklərin infeksiyasının göstəricisi ola bilər

3.Vərəm

Məhz bu hərarət zəiflik, tərləmə, arıqlama ilə özünü vərəm xəstəliyinin başlanğıcında göstərir. 1 aydan artıqdır termometr 37,5-i göstərirsə, rentgenə gedin

4.Dəmir defisitli anemiya

Qanazlığı bədəndə termotənzimləyici sistemi də pozur. Ona görə yüngül istilik baş verir. Bunu təyin etmək üçün qan analizi verin. 

5.Gizli başlayan şiş, onkoloji xəstəlik

Xərçəng növləri və gizli xroniki autoimmun xəstəliklər – qurd eşənəyi, skleroz, revmatoid artrit 37,5 hərarətlə başlaya bilər. Əlavə olaraq bütün bədəndə ağrı, sızıltı, tərləmə, arıqlama, zəiflik, gücsüzlük varsa, çox dəqiq müayinələrdən keçməlisiz

6.Tireotoksikoz

Qalxanvari vəzin xəstəliyidir. Hormonlar normadan çox artır, nevroz, ürək döyünmə, istilik gəlir. Subfebril hərarət də səhər günorta axşam fərq etmədən tez-tez görülür. Bu zaman endokrinoloqa müraciət edin.

7.Hansısa xroniki infeksiya

Boğazda, burunda, diş dibində belə vaxtında aşkarlanmayan infeksiya xronikləşdikdə, subfebril hərarət olur.

Göründüyü kimi, subfebril hərarət çox ciddi xəstəliklərdən xəbər verə bilər. Ona görə normal insan bir azca özünü narahat hiss edən kimi qrip olmasa belə termometrlə bədən hərarətini ölçməlidir. Əgər uşaqda və ya böyük insanda  37,5 hərarəti bir neçə həftədən artıq müddətdir dayanıqlı varsa, o zaman təcili həkimə getmək lazımdır.