Tovuzda 5 nəfər balıqdan zəhərləndi

  • 2019.05.20 12:24
  • 4845 Baxış
Tovuzda 5 nəfər balıqdan zəhərləndi
Tovuz rayonunda 5 nəfər balıqdan zəhərlənib.
 

Medicina.az xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

 

 
İlkin məlumata görə, bir ailənin 5 üzvü qidadan zəhərlənib. Onlar xəstəxanaya aparılıblar.
Zəhərlənənlər 8 yaşlı Rəvan Rəşad oğlu Əliyev,8 yaşlı Həsən Rəşad oğlu Əliyev, 2 yaşlı Mehriban Rəşad qızı Əliyeva, 33 yaşlı Məlahət Vaqif qızı Məmmədova və 34 yaşlı Rəşad Əliyevdir.

Onlara tibbi yardım göstərilib və hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Ehtimala görə balıqdan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

 


Tovuzda 5 nəfər balıqdan zəhərləndi
Tovuzda 5 nəfər balıqdan zəhərləndi
Tovuzda 5 nəfər balıqdan zəhərləndi
Tovuzda 5 nəfər balıqdan zəhərləndi