Cərrah xəstənin belində neştərini unutdu – Türkiyə səhiyyəsini silkələyən məhkəmə

  • 23 İyul, 2019
  • 9711 Baxış
Cərrah xəstənin belində neştərini unutdu – Türkiyə səhiyyəsini silkələyən məhkəmə


Türkiyənin Dənizli ərazisində özəl xəstəxanaların birində əməliyyat olan Sevgi Süllerli 6 il sonra xəstəxanadan və əməliyyatı icra edən həkimdən şikayət edib. Medicina.az xəbər verir ki, qadın iddiasına görə, əməliyyat zamanı belində neştər ucu qalıb. 6 il şiddətli ağrılarla mübarizə apardığını deyən qadının sözlərinə görə, belinə maqnit qoymaqla bu qənaətə gəlib.
 
İzmirdə xəstəxanaların birində aparılan müayinələr zamanı S.Süllerlinin belində 1 sm metal olduğu təsdiqlənib. İki uşaq anası 2013-cü ildə belindəki dözülməz ağrılardan dolayı xəstəxanaya müraciət edib. Aparılan yoxlamalrdan sonra ona bel yırtığı diaqnozu qoyulub. Təcili əməliyyat təyin edilib. Bundan sonra qadına Dənizlidə başqa bir xəstəxanada cərrahi müdaxilə edilib.
 
Əməliyyatdan sonra da ağrıları heç azalmayan qadının hərəkətlərində də qüsurlar yaranmağa başlayır. Sevgi xanım səhhətindəki bu problemdən dolayı övladlarına baxa bilməyib. Öz valideynlərinin yanına köçən qadın ağırlarla mübarizə apardığı ərəfədə təkrar eyni xəstəxanaya müraciət edib. Orada ona entgen yoxlaması edilib. Cavab olaraq bu ağrıların tikişlərin yeri ilə bağlı olduğu deyilib.
 
 
Sevgi Süllerli: "Ağlıma gəldi ki, belimdə bint, iynə və yaxud hər hansı metal qalıb. Çünki bu tip xəbərləri televiziyalardan və yaxud sosial mediadan eşidirdim. Xəstəxanaya yoxlamalara getdiyimdə üzərimdə heç bir metal olmadığı halda siqnal verirdi. Daha sonra ağlıma belə bir şey gəldi ki, özüm bunu yoxlayım. Soyuducunun üzərindəki maqniti götürüb belimə qoydum. Gördüm yapışır. Bundan sonra bunu həkimin gözü qarşısında etdim,  təəccübləndi. Əməliyyat olduğum xəstəxanaya və həmin həkimin yanına getdim. İddialarım öz əksini yenidən tapdı. Həkimimdən və xəstəxanadan məhkəməyə şikayət etdim”.
 
 
 Müayinələrdə dərinin altında 1 santimetrlik metal olduğu haqqında arayış hazırlanıb. İlkin olaraq ehtimal edilib ki, iynə ucu və yaxud, neştər ola bilər. Rentgen müayinəsi və digər yoxlamalar sənəd formasında məhkəməyə təhvil verilib. Bütün sənədlər toplandıqdan sonra məhkəmə təkrar əməliyyat olunması barədə qərar qəbul edib.
 
Qarşı tərəf isə əməliyyatı onun etmədyini deyib:
"Həmin pasiyent bir dəfə mənim qəbulumda olub. Müayinə etdim və ondan sonra görüşməmişik. Həmin əməliyyatı mən etməmişəm. Başqa həmkarım icra edib. Belində hər hansı bir şey yaddan çıxıb qalıb iddiasına isə heç nə deyə bilmərəm. Düzgün çıxmaz.”