5 dəqiqəyə hazırlanan möhtəşəm salat - RESEPT

  • 23 Aprel, 2019
  • 4488 Baxış
5 dəqiqəyə hazırlanan möhtəşəm salat - RESEPT

Yaz fəslinin ən sevilən və asan hazırlanan yeməklərindən biri salatlardır. Təzə tərəvəz və meyvələrdən hazırlanmış gözəl yaz-yay salatından daha rahat bir resepti yoxdur.
 
Medicina.az dadlı və tez hazırlanan möhtəşəm salatın reseptini təqdim edir. 

Tərkibi 

4-5 yetişmiş qırmızı pomidor (dilimlənmiş)

Pomidor dilimləri qədər dadlı mozzarella pendiri

Təzə reyhan yarpağı 

Zeytun yağı

Ağ üzüm sirkəsi (bir az qatı)

Duz

Hazırlanma qaydası:

Pomidor, mozarella pendirini dilimləyin. Daha sonra lat–lay üst-üstə düzün. Bir qat pomidorun üstündən mozzarella, onun üstündən də reyhan yarpağı əlavə edin. Üzərinə duz, zeytun yağı və sirkəni əlavə edin. Bəli, 5 dəqiqədə möhtəşəm salat hazırdır. 

Nuş olsun!