Damar təmizləyən, qanı duruldub artıran desert – RESEPTİ

  • 2019.10.09 18:24
  • 87547 Baxış
Damar təmizləyən, qanı duruldub artıran  desert –  RESEPTİ

Qarabaşaq hemoqlobini artıran, damarları təmizləyən, qanda şəkəri salır. Ondan maraqlı desert hazırlayıb hər gün yemək sizə qarabaşağı sevdirəcək.

Şirin kolbasa adlanan bu qidanı uşaqlar da iştahla yeyir.


Qanazlığı olanlar, damarlarında xolesterin çıxanlar, arıqlamaq istəyənlər, dərini yaxşılaşdıran bu resepti medicina.az təqdim edir.


Bu desert hətta bədxassəli şişlərin də inkişafının qarşısını ala bilər.


1 stəkan iri dənəli qarabaşağı yuyub qurudub qəhvəüyüdəndən keçirin

Ayrıca stəkanın 3-də biri qədər kətan toxumu üyüdüb, üzərinə 7 xörək qaşığı su əlavə edin.

İran xurması deyilən xurmanın tumlarını çıxarıb, suda 1-2 saat saxlayın.


Sonra qarabaşağı, kətan toxumunu və yumşalmış xurmanı bir yerdə mikser və ya blenderlə qarışdırın.

Bu qarışıma 2 ç.q kakao və bal qatıb yoğurun.


Qida plyonkasına yayıb, kolbasa formasında bükün. 

Özünü tutmaq üçün bir neçə saat soyuducuya qoyun


Sonra kolbasa kimi doğrayıb yeyin.

 


Damar təmizləyən, qanı duruldub artıran  desert –  RESEPTİ