Evdə pendir hazırla – Asan qaydası

  • 2019.10.15 21:02
  • 58256 Baxış
Evdə pendir hazırla –  Asan qaydası
Marketlərdəki pendirlərin mənbəyi və keyfiyyətinə inam gündən-günə itir. Ona görə artıq xanımlar evdə özləri pendir hazırlamaq yollarını axtarır.

Medicina.az evsayağı pendirin reseptini təqdim edir


Lazımdır:


Süd -1 litr

Xama – 300 qr

duz – 1 ç.q

yumurta -3 ədəd


Hazırlanması:


Südü qaynara qoyub, duz qatırsız. Ayrıca xama ilə yumurtaları çalın. Süd qaynara düşən kimi, bu xamalı qarışımı əlavə edib, dam qarışdırmaqla 5 dəqiqə bişirin.

 

Elə ki, südlü xama zərdabından ayrıldı, oddan götürüb, süzgəcdən keçirin. Suyu tam süzülür, qalan kütləyə pendir kimi forma verib, bərkidin və soyuducuya qoyun. 1-2 saatdan sonra yeməyə hazırdır.