Şahzadə kababı - Resept

  • 2019.04.26 21:21
  • 18150 Baxış
Şahzadə kababı -  Resept
Şahzadələrə layiq bir təam, xüsusilə badımcan sevənlər bu ləzzətə heyran qalacaqlar. 

Medicina.az şahzadə kababının hazırlnma qaydasını təqdim edir. 


Tərkibində olan vasitələr də olduqca faydalıdır. 

Bu dadlı yeməyin hazırlanması üçün nələr lazımdır. 


500 qram quşbaşı doğranmış dana əti 4ədəd badımcan 

2 baş soğan 

3 qırmızı biber 

1 diş sarımsaq 

İstiot iri dənəli və toz şəkilində - Duz 

1 yemək qaşığı tomat 

20 ml  Zeytun yağı 


Hazırlanması: 


 Quşbaşı doğranan dana ətini yaxşıca qızdırılmış tavaya töküb, ağzı bağlı vam odda bişirilir. 

Badımcanların qabığını soyun, kvadrat formada doğrayıb, ayrı tavada qızardın. Daha böyük bir qazan götürüb zeytun yağı, doğranmış soğanları və iri-iri doğranmış bibərləri qovurun.


Daha sonra sarımsaq və ədviyatları əlavə edin.

Sonda isə bişmiş ətləri qarışığa qatın,qaz pilətəsinin üstündən götürün.


 Orta qab götürüb badımcanları da əlavə edib, sobaya qoyun.1 yemək qaşığı tomatı,1 stəkan su ilə qarışdırıb kababın üzərindən gəzdirin. 200 dərəcə temperaturda 20 dəqiqəyə yaxın bişirin.