Super dadlı toyuq oladyesi – Səhər də yeyə bilərsiz- RESEPT

  • 25 May, 2019
  • 14438 Baxış
Super dadlı toyuq oladyesi – Səhər də yeyə bilərsiz- RESEPT
Toyuqdan qızartma etməkdən bezənlər üçün super dadlı, çox sərfəli, səhər –axşam yeyə biləcəyiniz, uşaqların da çox sevəcəyi toyuq ətindən oladyi reseptini təqdim edirik:

Ərzaqlar:

Toyuq filesi – 350 qr
Süd – 150 ml
Yumurta – 1 ədəd
Ağ çörək – 100 qr
Göyərti – 30 qr
Sarımsaq -2 diş
Bitki yağı – 50 ml
Duz, istiot

Hazırlanması:

File yuyulur, blenderdə xırdalamaq üçün orta kub formasında doğranılır. 
Çörəyin qabığı soyulur, otaq temperaturunda süddə 15 dəqiqə isladılır.

Blenderdə toyuq, çörək, süd, yumurta, sarımsaq, xırdalanmış göyərti hamısı birlikdə qarışdırılır.
Alınmış farşa duz, istiot vurulur.
Qızıdırılmış yağda oladye formasında qoyulub qızardılır.

Süfrəyə veriləndə sous, ketçupla birgə verilir.