Yalançı badımcan jülyeni – Göbələk dadı verir

  • 22 May, 2019
  • 11641 Baxış
Yalançı badımcan jülyeni – Göbələk dadı verir

Badımcandan nə hazırlayım deyirsinizsə, sizə toyuqsuz, göbələksiz, "yalançı jülyen” tövsiyyə edirik. 
Dadı-tamı əsl jülyendən fərqlənməyən bu yemək 25 dəqiqəyə hazır olur, uşaqdan –böyüyə hər kəs sevir, ağızda əriyir.

Medicina.az əsl yay reseptini təqdim edir:

Ərzaqlar:

Badımcan – 3 ədəd
Soğan -1 ədəd
Un – 1 x.q
Bitki yağı – 50 ml
Xama – 5 x.q
Pendir – 80 qr
Duz-istiot

Hazırlanması:

Badımcanların qabığı zebra soyulur, kubik formasında doğranılır, duz səpib, acı suyu 20 dəq ərzində çıxarılır.

Bitki yağında qızardılır, qızarana yaxın xırda doğranmış soğan əlavə edilib birgə bişirilir.

Yumşalana yaxın bura un və azca su əlavə edib, qarışdırılır ki, yemək yanmasın. 5 dəqiqə bişirilir.

Duz, istiot səpilir, xama əlavə olunur, stəkanın dibində su əlavə edilib, 6 dəqiqə bişirilir.

O bişənə kimi pendiri irigözlü sürtgəcdən keçirib, jülyenin üzərinə səpir, yayır və tavanın qapağını bağlayaraq, pendir əriyənə kimi zəif odda saxlanılır.
Jülyen üçün qaba və ya kiçik dərin qablara tökülüb, bir qədər soyudulub, süfrəyə verilir.