Yüksəkdozalı vitamin C infuziyası " donuz qripinin" qənimidir - İmmuniteti gücləndirir

  • 2019.01.11 17:35
  • 10277 Baxış
Yüksəkdozalı  vitamin C infuziyası " donuz qripinin" qənimidir -  İmmuniteti gücləndirir

Vitamin C orqanizmdə immun hüceyrələrini aktivləşdirən ən güclü vitamindir. 


Fəsil dəyişikliyi, havaların soyuması, xarici ölkələrdə qrip epidemiyasının qeydə alınması, virus mənşəli epidemiya – donuz, quş qripi və s. ölümcül xəstəliklərə gətirib çıxarır. Lakin hətta qrip epidemiyası zamanı heç də hamı xəstələnmir. 


Əgər bir insanın immun sistemi normal  fəaliyyət göstərirsə, orqanizmin özünümüdafiə sistemi işə düşür və viruslardan qoruyur.

Medicina.az xəbər verir ki, orqanizmdə C vitamini çatışmazlığı infeksiyalara meyillik və yoluxmaya səbəb olur. 


Virus infeksiyaları zamanı yüksəkdozalı C vitamini infuziyanın terapevtik faydası sübut olunub.


Yüksəkdozalı C vitamini infuziyasının çoxsaylı farmakoloji xüsusiyyətləri içərisində aşağıdakılar immun sisteminə təsir edərək, virus infeksiyalarının profilaktikasında əhəmiyyətlidir:


-İmmun sisteminin spesifik hüceyrələri olan T helperlərin və neytrofillərin aktivliyini normallaşdıraraq, virus və bakteriyaya qarşı immun cavabı təmin edir

-Komplement sistemini aktivləşdirir

-İnterferon sintezini artırır

-Antioksidant təsir göstərərək immun sistemini aktivləşdirir


Yüksəkdozalı Vitamin C infuziyasından aşağıdakı xəstəliklərin müalicəsində istifadə oluna bilər:


-Qrip, o cümlədən donuz, quş qripi

-Kəskin respirator virus infeksiyaları

-Herpetik infeksiya

-HPV


-Virus hepatitləri  A, B, C

-Qızılca

-Məxmərək

-Su çiçəyi



İstifadə qaydası:


Yaşa və göstərişə uyğun dozada venadaxili infuziya şəklində


Həftədə 2-3 dəfə

Yüksəkdozalı  vitamin C infuziyası " donuz qripinin" qənimidir -  İmmuniteti gücləndirir