Üzünüzü məsamələrdən təmizləyib parlaqlıq verəcək - Ərik maskasının resepti

  • 2018.06.25 10:14
  • 12866 Baxış
Üzünüzü məsamələrdən təmizləyib parlaqlıq verəcək -  Ərik maskasının resepti
Isti yay günlərində dərinin qulluğuna qalmaq əsas şərtlərdən biridir. Bu məqamda təbii meyvələr köməyimizə çatır.


Medicina.az xəbər verir ki, əriyin dəritəmizləyici xüsusiyyəti  var. Onun köməyi ilə üzünüzü ləkələrdən qurtara bilərsiniz.

 

Bunun üçün lazımdır:


Bir çimdik darçın


Yarım stəkan süd


Bir çimdik dəfnə yarpağı


1 ədəd yumurta


Bir neçə xörək qaşığı ərik suyu


Ərik suyuna darçını və dəfnə yarpağını əlavə edib, qarışdıraraq qaynadın. Daha sonra süd və yumurta da əlavə edərək qarışdırın. Qarışımı istənilən nahiyyəyə çəkə bilərsiniz. 10 dəqiqə sonra ilıq və bol suyla durulayın. Sızanaqlara qarşı da təsirli olan bu maska dəriyə parlaqlıq verərək, məsamələri təmizləyir.