Məşhur plastik cərrah əməliyyat zamanı həyat yoldaşının ölümünə səbəb oldu

  • 2024.06.20 22:10
  • 1161 Baxış
Məşhur plastik cərrah əməliyyat zamanı  həyat yoldaşının ölümünə səbəb oldu
ABŞ-ın Florida ştatında gözlənilməz hadisə baş verib.

Medicina.az xəbər verir ki, həyat yoldaşını əməliyyat edən məşhur plastik cərrah onun ölümünə səbəb olub.

Bildirilir ki, 41 yaşlı Dr. Benjamin Ceykob Braun həyat yoldaşı, 33 yaşlı Hillari Ellinqton Braunun ölümündə təqsirli bilinib. O, ikinci dərəcəli ağır cinayətdə və qüsurlu davranış səbəbilə adam öldürmədə ittiham olunurdu.

Səhiyyə departamentinin sənədinə əsasən, gənc qadına əzələ plikasiyası/qarın çapıqlarının aradan qaldırılması, ikitərəfli qol liposaksiyası, dodaq inyeksiyaları və qulaq prosedurları edilib.

Müəyyən edilib ki, Benjamin heç bir tibbi təhsili olmayan arvadına öz anesteziyasını hazırlamağa və öz dərisini tikməyə icazə verib.

Hillari ərinə görüşünün bulanıqlaşmağa başladığını və "narıncı gördüyünü" deyib, lakin Benjamin onun üzünə dolğu yeritməyə davam edib. Hillari reaksiya verməyəndə və qıcolmaya başlayanda Benjaminin tibb işçisi təcili yardıma zəng etməyi təklif edib, lakin cərrah bundan imtina edib. Benjamin 20 dəqiqə gözlədikdən sonra təcili xidmətə zəng edib.

Bütün bunlar nəzərə alınaraq məşhur cərrah həyat yoldaşının ölümündən 6 ay sonra həbs edilib.


Aysel