Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Payızda qrip infeksiyalarından necə qorunmalı?

  • 2024.10.03 17:21
  • 2843 Baxış
Payızda qrip infeksiyalarından   necə qorunmalı?

Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə malik olduğuna görə, əsasən tənəffüs yolları infeksiyalarını törədirlər. Hazırda qriplə xəstələnmə üstünlük təşkil edir.

"Medicina" xəbər verir ki, qrip sözü fransızcadan götürülüb "tutmaq" deməkdir. Əksər ölkələrdə bu xəstəlik İnfluenza adlanır. Qrip xəstəliyi insanlara antik dövrdən məlum olmuşdur.

Xəstəliyin əlamətləri Hipokrat tərəfindən təsvir edilmişdir. Tarixdə qrip xəstəliyinin çox epidemiyaları olmuşdur. XX əsrdə 3 pandemiya baş vermişdir. 1918-20 -ci illərdə ən böyük pandemiya A tip virusla (H1N1 yarımtipi) törədilmişdir.

Bu pandemiya Çində başlasa da, rəsmi xəbər İspaniyadan alındığı üçün tarixdə “ispan qripi” adı ilə məşhurdur. Bu pandemiya zamanı 20 milyondan çox insan tələf olmuşdur.


İnfeksiya mənbəyi xəstə insanlar, bəzən quşlar və heyvanlardır. İnsanlar qrip virusuna çox həssasdırlar. Yoluxma əsasən hava – damcı yolu ilə (öskürdükdə, asqırdıqda, danışdıqda) baş verir. Bəzən təmas, yaxud qida yolu ilə də yoluxma mümkündür.

Qripin gizli dövrü orqanizmə daxil olan virusların sayından və immun sistemin vəziyyətindən asılı olaraq 1-4 gün davam edə bilər. Qripin əlamətləri xəstəliyin ilk günündə maksimum olur,1- 2 gün davam edir, sonrakı 5 gündə zəifləyir.

Xəstəlik kəskin başlayır: yüksək hərarət, baş ağrısı, bütün bədəndə oynaq, əzələ ağrıları, halsızlıq, öskürək, asqırma, burun axması müşahidə olunur. Ağırlaşmamış qripdə hərarət 3-5 gün, öskürək və halsızlıq isə 2-4 həftə davam edə bilər. Xroniki xəstəliyi olan insanlarda Qrip virusu ağır nəticələrə gətirə bilir.

Uşaqlarda yuxarıda göstərilən simptomlardan əlavə qusma, ishal kimi əlamətlər çox rast gəlir. 1 yaşa qədər uşaqlarda qrip xəstəliyi agır gedişə, bəzən neyrotoksikoza və ölümə səbəb olur. Qrip infeksiyası zamanı pnevmoniya da çox təsadüf edilir. Qrip pnevmoniyaları xroniki xəstəliyi olan yaşlı və zəifləmiş şəxslərdə, hamilə qadınlarda qripin ən ağır fəsadı hesab olunur və bəzən ölümlə nəticələnir.

Hazırda respublikamızda qrip virusuna qarşı vaksinasiya aparılır.
Qrip virusu ilə yoluxmamaqda və əgər artıq xəstəlik baş qaldırıbsa ağırlaşmaların baş verməməsində immun sistemin normal fəaliyyəti olduqca vacibdir. İmmun sistemin normal fəaliyyəti üçün vitamin C,
mikroelementlərlə zəngin qidalarla qidalanmaq çox vacibdir. İmmun sistem zəifləyəndə və ya xəstəlik vaxtı tək qida ilə aldığımız Vitamin C bəs etmir. Bu halda Yüksəkdozalı vitamin C-dən istifadə etmək əhəmiyyətlidir.

İnfeksion xəstəliklərdə, o cümlədən, virus infeksiyaları zamanı Pascorbin 7.5 q- 50 ml (Yüksəkdozalı Vitamin C) -nin terapevtik faydası tədqiqatlarla sübut olunub. Məlumdur ki, immun hüceyrələrin tərkibində bu vitamin yüksək miqdardadır və yaxşı immun cavabın formalaşmasında böyük rolu vardır. İmmun hüceyrələrdə vitamin C çatışmayanda, onlar öz funksiyalarını normal yerinə yetirə bilmirlər.

Qripin ilk günlərində antivirus effekt almaq üçün
Engystol
Gripp-Heel
Yüksəkdozalı infuzion vitamin C (Pascorbin 7.5g)-50 ml:preparatları istifadə edilə bilər.


Virus infeksiyaları zamanı yalnız bakterial infeksiya yoluxduqda antibiotik istifadə oluna bilər. Antibiotiklər bağırsaqdakı lazımlı bakteriyaları da məhv etməklə immun sistemi zəiflədir. Virus infeksiyaları zamanı ən yaxşı seçim Biotənzimləyici preparatlardır. Biotənzimləyici preparatların antibiotik və antiviral təsirləri XIX əsrdən məlumdur. KRVİ (soyuqdəymə) və Qripin (İnfluenza) qarşısının alınması və müalicəsində Engystol və Gripp- heel preparatları olduqca effektivdir.


Bu preparatlar Almaniya istehsalıdır, təbii tərkiblidir, nanodozalardadır, heç bir əlavə təsiri və əks göstərişi yoxdur. Hamilələr, süd verən analar, qocalar, hər yaşda uşaqlar istifadə edə bilər.


Engystol və Gripp- heel preparatları müxtəlif virus infeksiyalarında: İnfluenza, adenovirus, herpes virusu və s.də immun sistemin xəstəliklə mübarizə aparmasına kömək edir. Engystol +Gripp_Heel preparatlarının birgə istifadəsi zamanı effekt 40% daha yüksək olur.

Engystol və Gripp- heel preparatları qripin simptomlarını tez bir zamanda yüngülləşdirir, ağırlaşmanın qarşısını alır. Eyni zamanda immun sistemi modulə edərək təkrar yoluxmalara imkan vermir.

Hərəsindən 1 tablet, gündə 3 dəfə , yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra dilaltı sormaq kifayətdir.

Engystol və Gripp- heel ilə ailənizi və özünüzü qoruyun.