Canlı qan hüceyrələrini mikroskop altında fərqli üsulla müşahidə etməyə imkan verən qaranlıq sahəli mikroskopiya son dövrlərdə maraq doğuran müayinə metodudur.
Medicina.az xəbər verir ki, bu müayinə pasiyentə öz qanında gedən prosesləri canlı izləmək imkanı verir.
Adi qan analizindən nə ilə fərqlənir?
Ümumi qan analizi eritrositlərin, leykositlərin və trombositlərin sayını, hemoqlobin səviyyəsini və digər mühüm göstəriciləri müəyyən edir. Bu göstəricilər anemiya, iltihab və müxtəlif qan problemlərinin qiymətləndirilməsində əsas rol oynayır.
Qaranlıq sahəli mikroskopiya isə xüsusi işıqlandırma texnikası vasitəsilə təzə qan nümunəsində hüceyrələrin görünüşünü müşahidə etməyə imkan verir. Bu zaman eritrositlərin forması və yerləşməsi vizual olaraq qiymətləndirilir.
Beləliklə neqativ dəyişikliklər erkən dövrdə aşkarlanaraq orqanizmin vaxtında drenaj-detoksikasiya olunmaqla yaranan və yaranacaq problemlərdən vaxtında azad olması mümkündür.
Mütəxəssislər qeyd edir ki, qanın qatılaşması və eritrositlərin yapışması bir çox patoloji proseslərin başlanğıc nöqtəsi hesab edilir. Qanın keyfiyyətinin pozulması isə onun axıcılığını zəiflədir, beyin, ürək, qaraciyər, böyrəklərdə oksigen, vitamin, mineral çatışmazlığı yaradır və xroniki xəstəliklərə yol açır.
Bu baxımdan, orqanizmdə baş verən bir çox patoloji prosesləri öyrənmək üçün qanın qaranlıq sahəli mikroskopik müayinəsi unikal metoddur.
Bu müayinə
Qan dövranının vəziyyətini (mikrosirkulyasiya)
Qanazlığını
Toxuma turşuluğunu
İmmun sisteminin fəaliyyətini;
Bağırsaq divarının keçiriciliyini;
Bakterial, virus və göbələk infeksiyalarını aşkarlamağa kömək edir
Qanın qaranlıq sahəli mikroskopik müayinəsi Azərbaycanda yalnız Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi və filiallarında həyata keçirilir.
Ətraflı məlumat və konsultasiya üçün müraciət edə bilərsiniz. Əlaqə: *0203
Qaranlıq sahəli mikroskopiya müayinəsini İnstaqram linki vasitəsilə izləyə bilərsiniz.